Məhkəmə qərarları › İş №3(012)-2221/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2221/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2221/2024 23.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 iştirakları ilə xx.xx.1975-cı ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndində yaşayan Şəxsı barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev protokolu müdafiə edərək bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-45/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 4500 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Cavabdeh Şəxs 65 manat dövlət rüsumunun pul əvəzi alınıb iddiaçıya ödənilməlidir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-111/2024 nömrəli, xx.xx.2024-cü icra sənədinə əsasən cavabdeh Şəxs 700 manat məbləğində əsas borc, həmçinin 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 730 manat pul vəsaiti alınaraq iddiaçı X6 verilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-343/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs (VÖEN **********) “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016-ci il tarixli 11238 nömrəli müqaviləyə əsasən 1800 ABŞ dolları məbləğində və 13 mart 2017-ci il tarixli 12736 nömrəli müqaviləyə əsasən 1200 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində mediasiya xərci iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1156/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1458.53 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 45 manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti tutularaq “X16 LTD” MMC-nin xeyrinə ödənilməlidir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-670/2024 nömrəli, xx.xx.2024-cü icra sənədinə əsasən cavabdeh Şəxs 10200 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X3 verilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)- 343/2023 nömrəli, xx.xx.2024-cü icra sənədinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq X1 ödənilməlidir. Qeyd edilən icra sənədləri ayrı-ayrı vaxtlarda Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Borclu şəxs icra sənədləri üzrə tələbi hazırkı günədək tam şəkildə yerinə yetirməmiş, nəticədə ümumilikdə 22.284,53 manat borcu yaranmışdır. Hazırda qeyd olunan icra sənədi üzrə heç bir ödəniş olunmamışdır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, hazırda heç bir tələbkara ödəniş etmək üçün imkanı yoxdur, hazırda evini satışa qomuşdur və evi satılan kimi bütün pulu ödəyəcəkdir. Odur ki, məhkəmədən ona vaxt verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 borclu şəxsin heç bir ödəniş etmədiyini bildirərək onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X11 müdafiə etdiyi şəxsin şəraitinin və imkanının olmamasını bildirərək,həmçinin Mahir Rəcəbova münasibətdə yeni icra sənədinin olmasını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-45/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 4500 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Cavabdeh Şəxs 65 manat dövlət rüsumunun pul əvəzi alınıb iddiaçıya ödənilməlidir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-111/2024 nömrəli, xx.xx.2024-cü tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 700 manat məbləğində əsas borc, həmçinin 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 730 manat pul vəsaiti alınaraq iddiaçı X6 verilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-343/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs (VÖEN **********) “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016-ci il tarixli 11238 nömrəli müqaviləyə əsasən 1800 ABŞ dolları məbləğində və 13 mart 2017-ci il tarixli 12736 nömrəli müqaviləyə əsasən 1200 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində mediasiya xərci iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1156/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1458.53 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 45 manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti tutularaq “X16 LTD” MMC-nin xeyrinə ödənilməlidir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10200 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X3 verilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-343/2023 nömrəli, xx.xx.2024-cü icra sənədinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq X1 ödənilməlidir. “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə” 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-45/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-111/2024 nömrəli, xx.xx.2024-cü tarixli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-343/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1156/2022 saylı, xx.xx.2022-ci il tarixli, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs himayəsində 02 azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi, icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə olduqda məhkəmə inzibati xəta törədən şəxsin himayəsində 02 azyaşlı övladının olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və Şəxs cəmiyyətdən təcrid etmədən islah olunmasının mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati xəta törədən şəxs Şəxsına məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxsına məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar