Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2224/2024 24.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızı X2 Azərbaycan Respublikası DİN-nin Füzuli rayon Yol Patrul Xidmətinin əməkdaşı, baş inspektor X1 15 sentyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarından şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası DİN-nin Füzuli rayon Yol Patrul Xidmətinin əməkdaşı, baş inspektor X1 15 sentyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə barədə qərarından şikayəti Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası DİN-nin Füzuli rayon Yol Patrul Xidmətinin əməkdaşı, baş inspektor X1 15 sentyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarında qeyd edilən inzibati xəta hadisəsi Füzuli rayonu ərazisində baş vermişdir. X3 şikayətinə yaşadığı yer üzrə baxılması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-in 129.1.3-cü maddəsində göstərilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə aiddir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Beləliklə, İXM-in 110.1 və 129.1.3-cü maddələrinin, habelə Konstitusiya Məhkəməsi Plenumunun Qərarından göründüyü kimi, istər inzibati xəta haqqında protokola, istərsə də inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarından verilən şikayətlərə inzibati xəta hadisəsinin törədildiyi yerin məhkəməsində baxılmalıdır. Hər iki halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən işə onun yaşadığı yerin məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİNnin Füzuli rayon Yol Patrul Xidmətinin əməkdaşı, baş inspektor X1 15 sentyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarından şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Füzuli rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : X2 Azərbaycan Respublikası DİN-nin Füzuli rayon Yol Patrul Xidmətinin əməkdaşı, baş inspektor X1 15 sentyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarından şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Füzuli rayon Məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2224/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2224/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver