Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2225/2024 25.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X11 Ənvər qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X2, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Yevlax rayonu, Nəmərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Yevlax rayonu, Qaramanlı ərazi dairəsi, Nəmərli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzürsüz səbəbdən icra edilməmişdir. Aliment üzrə borc 17990 manat təşkil edir. Odur ki, borclu Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi zəruridir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, məçqşidir, dünən 700 manat ödəniş etmişdir. Rəsmi ayrılsalar da, bir mqddət bir yerdə yaşayıblar. Mediasiya sazişində nə qədər məbləğ qeyd edilmişsə o məbləği ödəyəcək və mediasiya nə qərar versə ona əməl edəcək. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X1 Elşad Mübariz oğlu barəsində tərtib edilmiş protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, borclu Şəxs dedikləri həqiqətə əsaslanmır, borclu borcunu ödəməkdən qəsdən yayınır. Aralarında saziş bağlansa da sazişin şərtlərini pozmuşdur. 2018-ci ildən nə qədər alimentə görə borcu yığılıbsa həmin məbləğ ödənilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, Yevlax rayonu Nəmərli kəndində yaşayan Şəxs 07 mart 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat və 05 aprel 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat aliment hər ay tutulub, ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzürsüz səbəbdən icra edilməmişdir. Aliment üzrə borc 17990 manat təşkil edir. Nəticədə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmədə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il, saat 16:15 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(012)-2225/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2225/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver