Məhkəmə qərarları › İş №3(012)-223/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-223/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-223/2021 27.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru Sərxan Həsənovun, zərərçəkmiş şəxs X2, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Goranboy rayonu, Tapqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Goranboy rayonu, Qarasüleymanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 277-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs qulluq mövqeyindən sui-istifadə etməklə xx.xx.2020-ci il tarixdə, işlədiyi Abşeron rayonu, Xırdalan şəhərində, Aytac restoranının yanında yerləşən İnteryer mebel mağazasında, mebel satcağı adı ilə X1 500 manat alaraq, dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru Sərxan Həsənov məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 02, mənzil 48-də yaşayan X3 polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə, Şəxs işlədiyi Abşeron rayonu, Xırdalan şəhərində, Aytac restoranının yanında yerləşən İnteryer mebel mağazasında, mebel satcağı adı ilə ondan 500 manat alaraq, aldatması barədə şikayət etmişdir. Həmin şikayət əsasında Abşeron rayon polis idarəsində araşdırma aparılmış, qeyd olunan dələduzluğun Goranboy rayonu, Qarasüleymanlı kəndində qeydiyyatda olan Şəxs törətməsi müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində, Aytac restoranının yanında yerləşən İnteryer mebel mağazasında işləyir. xx.xx.2020-ci il tarixdə, X3 əri ilə birlikdə mağazaya gəlmiş, mebel almaq istədiyini bildirmişdir. Bəyəndiyi mebel üçün 500 manat ödəniş etmiş, sonuncuya ödəniş barədə qaimə vermişdir. Şifariş gecikdiyinə görə müdiriyətlə aralarında yaranmış mübahisə ilə əlaqədar işdən çıxmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Zərərçəkmiş şəxs X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə əri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində, Aytac restoranının yanında yerləşən İnteryer mebel mağazasına gəlmişdir. Mağazada mebel bəyənmiş, orada işləyən Pərviz adlı şəxsə 500 manat pul verərək, mebel sifariş vermişdir. Qaiməni təqdim edən Pərviz ona 1-2 günə sifarişin hazır olacağını bildirmişdir. Daha sonra Pərviz ona zəng eləyərək, işdən çıxdığını və problemini mağazanın müdriyyəti ilə həll etməsini ona demişdir. Daha sonra Abşeron rayon Pİ-nə bu barədə şikayət etmişdir. Ona dəymiş ziyan ödənildiyinə görə inzibati xəta törətmiş şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs X3 tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında AZA 002104 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 14:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İnzibati xəta haqqında işə baxılarkən müəyyən edilmişdir ki, Şəxs qulluq mövqeyindən sui-istifadə etməklə xx.xx.2020-ci il tarixdə, işlədiyi Abşeron rayonu, Xırdalan şəhərində, Aytac restoranının yanında yerləşən İnteryer mebel mağazasında, mebel satcağı adı ilə X1 500 manat alaraq, dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxs X3 inzibati xəta törətmiş Şəxs ilə barışdığına, ona dəymiş ziyanın ödənildiyinə və iş üzrə icraata xitam verilməsini xahiş etdiyinə görə məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 109, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Zərərçəkmiş şəxs X3 inzibati xətanı törətmiş şəxs Şəxs ilə barışdığına, ona qarşı şikayəti və tələbi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar