Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2232/2024 28.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusıət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə Şəhəri, Kəpəz Rayonu, Avtozavod Yolunda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 17 fevral 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 05 yanvar 2024-cü il tarixdə, saat 08 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota-Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə üzü Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən “Lion” trenajor zalının yaxınlığında yolun hərəkət hissəsini piyada keçidin üzəri ilə sağdan sola doğru keçməkdə olan piyada Zərərçəkmiş şəxs vurub sonuncuya başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sol said nahiyəsinin aşağı 1/3-nin, sağ baldır nahiyəsinin yuxarı 1/3-nin iri ölçülü qançır-şişkinlikləri, sağ sağrı, sağ bud nahiyəsinin yuxarı və aşağı 1/3-nin, sağ baldır nahiyəsinin orta 1/3-nin, sol ayaq pəncəsinin qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarətlərinin yetirilməsi ilə nəticələnən ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən yayınmışdır. Faktla bağlı Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 05 yanvar 2024-cü il tarixdə təxminən saat 08 radələrində işlədiyi Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Brilliant Pərdə» mağazasına getmək üçün Dəyirman yolu adlanan yerdən yerüstü piyada keçidi ilə Heydər Əliyev prospektinə keçib, daha sonra avtobusa minmək üçün piyada keçidinin üstü ilə yolu keçən zaman üzü Xırdalan dairəsi istiqamətində hərəkət edən “Toyota-Prius” markalı avtomobili onu vurub yerə yıxaraq hadisə yerindən çıxıb getmişdir. Küçədə olan tanımadığı şəxslərin köməkliyi ilə onu Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırmışlar. Xəstəxanada müayinə olunarkən hər iki ayaq, sağ bud nahiyəsi, sol qol nahiyəsi və digər nahiyələrindən xəsarət alması müəyyən edilmişdir. Hadisədən sonra həmin avtomobilin sürücüsü ona heç bir maddi və tibbi yardım göstərməmişdir. Şəxs şikayətçidir Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq digər proses iştirakçıları məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” sxemə əsasən hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə üzü Xırdalan dairəsi istiqamətində baş vermişdir. Şəxs idarə etdiyi “Toyota-Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə üzü Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən “Lion” trenajor zalının yaxınlığında yolun hərəkət hissəsini piyada keçidin üzəri ilə sağdan sola doğru keçməkdə olan piyada Zərərçəkmiş şəxs vurub sonuncuya başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sol said nahiyəsinin aşağı 1/3-nin, sağ baldır nahiyəsinin yuxarı 1/3-nin iri ölçülü qançır-şişkinlikləri, sağ sağrı, sağ bud nahiyəsinin yuxarı və aşağı 1/3-nin, sağ baldır nahiyəsinin orta 1/3-nin, sol ayaq pəncəsinin qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarətlərinin yetirilməsi ilə nəticələnən ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir;
2. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/688 saylı, 05 yanvar 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:45-də müayinə olunan Şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır;
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 Abşderon rayon şöbəsinin 06 yanvar 2024-cü il tarixli, 28 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sol said nahiyəsinin aşağı 1/3-nin, sağ baldır nahiyəsinin yuxarı 1/3-nin iri ölçülü qançır- şişkinlikləri, sağ sağrı, sağ bud nahiyəsinin yuxarı və aşağı 1/3-nin, sağ baldır nahiyəsinin orta 1/3-nin, sol ayaq pəncəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törəmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol- nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündü və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər;
4. Abşeron rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə toplanmış materialın Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır;
5. 03 noyabr 2018-ci il tarixli, AC seriyalı, 646807 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir.
Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokolla, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatı, həmçinin müvafiq ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən törədilən xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Abusət Qasımov