Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2239/2024 24.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yığıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 24 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərov protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(005)-2517/2022 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2022ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat alimentin və xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatana kimi baxılması üçün hər ay 50 manat pulun cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, alimentin tutulmasının 19 may 2022-ci il tarixdən hesablanması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Abşeron rayon İcra Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 20 dekabr 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. 07 fevral 2023-cü il tarixdə borclu icra şöbəsinə dəvət olunaraq, izahatı alınmışdır. Bundan sonra borclunun yaşadığı yer müəyyən olunmadığından barəsində 14 avqust 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir. Daha sonra 06 sentyabr 2024-cü il tarixdə borclu icra şöbəsinə dəvət olunaraq, izahatı alınmış, yaranmış borcdan ödəniş etməməsinin səbəbini soruşduqda maddi imkanının olmaması ilə əlaqələndirmiş, 09 sentyabr 2024-cü il tarixdə tələbkarın xeyrinə 1500 manat məbləğində pul ödəyəcəyinə dair söz versə də lakin onun tərəfindən heç bir ödəniş olunmamışdır. 09 sentyabr 2024-cü il tarixdə borclu icra şöbəsinə dəvət olunsa da lakin heç bir ödəniş etməmiş, yenidən növbəti tarixlərdə ödəməsinə dair söz vermişdir. Son olaraq 24 oktyabr 2024-cü il tarixdə borclu icra şöbəsində olarkən vermiş olduğu izahatında bildirmişdir ki, sonuncu ödənişi 15 sentyabr 2024-cü il tarixdə 200 manat məbləğində olmuşdur. Daha sonra yenidən icra şöbəsində vermiş olduğu izahatında aylıq məvacibinin gecikməsi ilə əlaqədar tələbkarın xeyrinə ödəniş edə bilmədiyini, qalıq borcu 10 noyabr 2024-cü il tarixdə ödəyəcəyini, ondan sonra yerdə qalan məbləği isə hər ay olmaqla mütəmadi olaraq 100 manat əlavə olmaqla cəmi 343 manat məbləğində ödəyəcəyini bildirmişdir. Borclunun hazırda 3058 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək göstərmişdir ki, borclu ilə aralarında razılıq əldə edilmişdır. Belə ki, borclu icra vərəqəsindəki borcu üzrə hazırda 150 manat məbləğində pul ödəmişdir. Borclu ilə aralarında şifahi razılığa gəlindiyindən Şəxs şikayətçi olmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, hazırda borclu olduğu icra vərəqəsi üzrə tələbkara 150 manat məbləğində pul ödəyərək, qalan məbləğ barədə tələbkarla aralarında razılığa gəlmişlər. Ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs yaranmış borcunu imkanı daxilində icra etdiyindən barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: -Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(005)- 2517/2022 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat alimentin və xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatana kimi baxılması üçün hər ay 50 manat pulun cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, alimentin tutulmasının 19 may 2022-ci il tarixdən hesablanması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. -Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(005)- 2517/2022 nömrəli icra vərəqəsi ilə bağlı 20 dekabr 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. -Borclunun barəsində axtarış elan edilməsi haqqında 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış haqqında qərar qəbul edilmişdir. -Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizədən görünür ki, borclu ilə aralarında razılığa gələrək, tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Həmçinin məhkəmə tərəfindən qeyd olunur ki, borclu ilə tələbkarın qalan borcun hissə-hissə ödənilməsi barədə aralarında razılıq əldə edilməsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş qeyd hissəsinin tətbiqi üçün əsas deyildir. Belə olduqda məhkəmə inzibati xəta törədən şəxsin əməlindən səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, həmçinin tələbkarla aralarında olan qarşılıqlı razılığa əsasən ondan şikayətçi olmadığını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında 4 saat dövlət hesabına olmaqla hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil cəmi 30 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2239/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2239/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver