Məhkəmə qərarları › İş №3(012)-2244/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2244/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2244/2023 30.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən: Abşeron RPİ-nin X2 polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Nizami oğlunun, Müdafiəçi: Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Nizami oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsi tərəfindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsindən daxil olmuş 30 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Nizami oğlu 05 iyul 2023-cü il tarixdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin X2 polis sahə rəisi, polis kapitanı Səbuhi Məmmədov izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:57 radələrində Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng vuraraq, daxili işlər orqanının əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmişdir. Müxtəlif tarixlərdə borclunun evinə gedilmiş, lakin borclu evdə olmadığı üçün barəsində protokol tərtib edilə bilməmişdir. xx.xx.2023-cü il tarixdə şübhəli şəxsin yaşadığı ünvana yaxınlaşaraq, onu polis idarəsinə dəvət etdikdə o, etiraz etməmiş, onlarla birlikdə könüllü olaraq bölməyə gəlmişdir. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərdi ki o, xx.xx.2023-cü il tarixdə, saat 12:57 radələrində Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng vuraraq, hazırda xatırlamadığı ifadələr işlətmiş, ola bilər, buna səbəb onun həmin vaxt bir az əsəbi olması olmuşdur. Belə ki, ona məxsus torpaq sahəsi qonşuları tərəfindən qanunsuz zəbt edilmiş, o bu məsələnin həlli ilə bağlı polis orqanlarından dəfələrlə köməklik istəsə də bu məsələyə biganəlik gördükdə əsəbləşərək DİN 102 xidmətinə zəng etmiş ve narazılığını kobud formada bildirmişdir. Həmin vaxt o, əsəbi olmuş, baş verənlər özündən asılı olmayaraq gərçekləşmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evə gələn polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmiş, əksinə uşağının səhhəti ilə əlaqədar olaraq hazırda ailə üzvlərinin xəstəxanada olduqlarını bildirmiş, bu barədə onlara məlumat vermək üçün polis əməkdaşlarına 10 dəqiqə gözləmələrini xahiş etmişdir. Hətta həmin vaxt xəstaxanaya uşağın yanına getməli olduğu halda ailə üzvləri ilə əlaqə saxlayıb gec gələcəyini bildirmiş, könüllü olaraq polis əməkdaşları ilə idarəyə gəlmişdir. Onun sonunculara qarşı nəlayiq ifadələr işlətməməsini, polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlərə yol vermədiyini bildirərək, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Asim Muradov hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Azrbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəxərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron RPİ-nin X2 polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş 15 iyul 2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, Şəxs Nizami oğlunun yaşadığı ünvana gedilmiş, lakin evdə olmadığı üçün polis bölməsinə gəlməsi barədə ona məlumat vermək mümkün olmamışdır. Abşeron RPİ-nin X2 polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib olunmuş 30 noyabr 2023-cü il tarixli MN saylı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nizami oğlu 05 iyul 2023-cü il tarixdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs Nizami oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. İş materiallarında Şəxs Nizami oğlu tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamışdır. Belə ki, Abşeron RPİ-nin X2 polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs Nizami oğlunun 30 noyabr 2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasından bəhs etsədə, həmin fakt iş materiallarına əlavə olunmuş sənədlərlə və protokolu tərtib edən şəxsin izahatları ilə öz təsdiqini tapmamışdır. Həmin protokoldan Şəxs Nizami oğlunun polisin hansı qanuni tələblərinə tabe olmaması və həmin tabe olmamanın nədə ifadə olunmasını müəyyən etmək qeyri-mümkün olmuşdur. Əksinə olaraq məhkəmə iclasında iştirak edən şəxslərin ifadələrindən, Şəxs Nizami oğlunun polisin çağrışı ilə könüllü olaraq idarəyə gəldiyi, tələblərə əməl etdiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Nizami oğlunun polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs Nizami oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Nizami oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs Nizami oğluna məhkəmə iclasında 3 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X5 cəmi 18 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Xırdalan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar