Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2246/2020 27.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, Abşeron rayon Pİ-in DYP-in əməkdaşı X3, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Binəqədi rayonu, mədən 02, korpus 170, ev 33-də qeydiyyat olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsinin DYP-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində, idarə etdiyi «KİA OPTİMA» markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Qobu-Hökməli yolu ilə Hökməli qəsəbəsi, istiqamətində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxaraq, manevr edərkən qarşıdan gələn X2 idarə etdiyi «AZ SAMAND» markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ehtiyatsızlıqdan, zərərçəkmiş şəxs X4 qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi, sağ diz oynağı nahiyyəsinin qançırışişkinliyi, sıyrıqları, burun nahiyyəsinin yumşaq toxumalarının əziyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlə yetirməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 327.8-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Abşeron rayon Pİ-in DYP-in əməkdaşı X5 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində, idarə etdiyi «KİA OPTİMA» markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Qobu- Hökməli yolu ilə Hökməli qəsəbəsi, istiqamətində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxaraq, manevr edərkən qarşıdan gələn X2 idarə etdiyi «AZ SAMAND» markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ehtiyatsızlıqdan, zərərçəkmiş şəxs X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlə yetirməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 327.8-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində, idarə etdiyi «KİA OPTİMA» markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Qobu-Hökməli yolu ilə Hökməli qəsəbəsi, istiqamətində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxaraq, ötmə əməliyyatı edərkən qarşıdan gələn «AZ SAMAND» markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı «AZ SAMAND» markalı avtomobilin sürücüsü xəsarət almışdır. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. İşdə olan canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 2115 saylı rəyində göstərilir ki, X2 bədənində olan xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi, sağ diz oynağı nahiyyəsinin qançırı-şişkinliyi, sıyrıqları, burun nahiyyəsinin yumşaq toxumalarının əziyi bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə avtomobil vurması nəticəsində əmələ gəlməsi inkar edilmir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sərxoşluq dərəcəsini müəyyən edən xx.xx.2020-ci il tarixli, 2/8937 saylı sərxoşluğun müayinəsi aktından görünür ki, Şəxs müayinəsi zamanı onda sərxoşluq vəziyyəti aşkar edilməmişdir. İşə əlavə edilmiş, xx.xx.2020-ci il taixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs törətdiyi əməl inzibati xəta kimi tövsif edilmişdir. Məhkəmədə Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 327.2, 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 327.8-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-2246/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2246/2020
27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver