Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2246/2023 12.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Bağırlı İlahə Oruc qızının katibliyi ilə, xx.xx.1958-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Göyçay rayonu, Şıxbəyli kəndində qeydiyyat olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsinin DYP-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs 12 noyabr 2023-cü il tarixdə saat 11.30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 21-ci kilometrliyində Göyçay rayonu Şıxbəy kəndində yaşayan 1958-ci il təvəllüdlü Şəxs idarə etdiyi Mercedes Benz E 230 markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu piyada keçidi zolaqları ilə keçən Qobustan rayonu Nabur kəndində yaşayan, 2007-ci il təvəllüdlü X2 vurmuş, nəticədə Əsmər Əhmədova xəsarət almışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. 12 noyabr 2023-cü il tarixdə saat 11.30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 21-ci kilometrliyində yol nəqliyyat hadisəsi nəticəsində X1 xəsarət alması barədə icraatına məlumat daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, 12 noyabr 2023-cü il tarixdə saat 11.30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 21-ci kilometrliyində Göyçay rayonu Şıxbəy kəndində yaşayan 1958-ci il təvəllüdlü Şəxs idarə etdiyi Mercedes Benz E 230 markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu piyada keçidi zolaqları ilə keçən Qobustan rayonu Nabur kəndində yaşayan, 2007-ci il təvəllüdlü X2 vurmuş, nəticədə Əsmər Əhmədova xəsarət almışdır. Hadisənin yuxarıda göstərilən şəraitdə baş verməsi hadisə yerinə və avtomobilə baxış protokolu, tərtib edilmiş sxem, hadisə yerinin və avtomobilin fotoşəkilləri, sürücü və piyadanın izahatları ilə təsdiqini tapmışdır. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3418 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Mercedes Benz E 230 markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1 -ci hissəsinin tədəblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Araşdırma zamanı X3 məhkəmə-tibb ekspertizası müayinəsindən keçirilmiş, ekspertin xx.xx.2023-cü il tarixli, 2505 nömrəli rəyində göstərilmişdir ki, Əsmər Əhmədova almış olduğu xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə edilmiş, xx.xx.2023-cü il taixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs törətdiyi əməl inzibati xəta kimi tövsif edilmişdir. Məhkəmədə Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 327.8-ci madddəsinin sanksiyasında nəzərdə tutulan qaydada inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-2246/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2246/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver