Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2251/2020 17.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokol və toplanmış materiallardan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə X3 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinin qapısını sındırmaqla oradan sonuncuya məxsus 01 (bir) ədəd 70 manat dəyərində su nasosunu oğurlamaqla X3 maddi ziyan vurnuşdur. Bundan başqa o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində X4 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən torpaq sahəsində olan 70 manat dəyərində dəmir darvazanı və 30 manat dəyərində su çənini oğurlamaqla X4 maddi ziyan vurmuşdur. Bundan başqa o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 Xızı oğluna məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhələdə yerləşən yarımtikili evin 30 ədəd ümumi dəyəri 10 manat olan mişar daşlarını oğurlamaqla, Zərərçəkmiş şəxs2 Xızı oğluna maddi ziyan vurmuşdur. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 Ünsür oğluna məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən yarımtikili evdən ümumi dəyəri 80 manat olan drel və laqonda kimi təmir alətlərini oğurlamaqla Zərərçəkmiş şəxs3 Ünsür oğluna maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə X5 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən evin pəncərəsini açaraq içəri daxil olub oradan dəyəri 60 manat təşkil edən 1 ədəd plastik qapını və ümumi dəyəri 40 manat təşkil edən bir neçə ədəd taxta materialı oğurlamaqla X5 maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinin hasarının çöl hissəsində su xəttinin üzərində quraşdırılan, ümumi dəyəri 300 manat olan 01 ədəd su sayğacını oğurlamaqla, Zərərçəkmiş şəxs4 maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki ümumi dəyəri 100 manat olan 2 ədəd velosipedi oğurlamaqla Zərərçəkmiş şəxs5 maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-ın sahə rəisi, polis mayoru X7 izahatında göstərdi ki, Şəxs yuxarıda göstərilən oğurluq əməlini etmişdir. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinin İTŞ-ya göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək pula ehtiyacı olması səbəbindən qeyd olunan inzibati xətanı törətdiyini, etdiyi əməldən peşman olduğunu və bir də belə halların baş verməsinə yol verməyəcəyini bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-2251/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2251/2020
17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver