Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2256/2023 04.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol tərtib edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1991-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, X7. 10-cu küçə, ev 43 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-715/2021 saylı icra sənədinə əsasən Şəxs 10404 manat pulun tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədi üzrə borc 7404 manat təşkil edir. Borclu hal-hazıradək borcunu qərəzli şəkildə icra etməmişdir. Ona görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclu tərəfindən ona yaranmış borcdan 3000 min manat pul ödənilmişdir. Həmin məbləğ borclu tərəfindən şəxsi vəsaiti hesabına deyil, ona nisiyə verilmiş maşının satılması nəticəsində ödənilmişdir. Borcun tam şəkildə ödənilməsini tələb etdiyini, əks halda Şəxs inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etdi. Məhkəmədə Şəxs barəsində tərtib olunmuş inzibati xəta ilə bağlı özünü qismən təqsirli bilərək bildirdi ki, bu gun üçün icra vərəqəsində qeyd olunan borcla razı deyil. Belə ki, sözügedən avtomobili sentyabr ayında müqavilə əsasnda 18 ay olmaqla ayda 578 manat pul ödəmək şərti ilə nisyə alqı-satğı əsasında almışdır. Həmin avtomobilin ödəniş bitdikdən sonra onun mülkiyyətinə verilməsi, lakin ödəniş etməzsə həmin avtomobilin ondan alınaraq sahibinə qaytarılması barədə aralarında razılıq olmuşdur. Nə o, nə də avtomobili axtarışda olmamışdır. Mart ayında nəqliyyat hadisəsi baş verənədək ödənişlər onun tərəfindən tam olaraq ödənilmişdir. O, sözügedən borcdan 3000 manat ödəniş etmişdir. O, borcunu ödəməkdən imtina etmir, lakin icra vərəqəsində qeyd olunan borcla razı deyildir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Munis Abuzərli hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron rayon Məhkəməsinin 2(012)-715/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqinə əsasən, cavabdeh Şəxs icarə müqaviləsi üzrə ödəməli olduğu 10404 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəmələrə bu barədə məlumat verilmişdir. Cavabdehlə qətnamənin icrası ilə bağlı dəfələrlə şifahi söhbətlər aparılmış həmçinin ona rəsmi xəbərdarlıqlar verilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron rayonu, Xırdalan şəhəri, X7, 10-cu küçə, ev 43 ünvanında qeydiyyatda olan və yaşayan borclu Şəxs məcburi gətirilmə verilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.1991-ci il təvəllüdlü Abşeron rayonu, Xırdalan şəhəri, X7, 10-cu küçə, ev 43 ünvanında qeydiyyatda olan və yaşayan borclu Şəxs barəsində axtarış elan edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-506/2023 saylı qərarı ilə xx.xx.1991-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, X7, 10-cu küçə, ev 43 ünvanında qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, o nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədini üzrsüz səbəbdən icra etməyən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, 7404 manat yaranmış borcunu üzrsüz olaraq ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında Şəxs icra vərəqəsində qeyd olunan borcla razı olmadığını qeyd etsə də, prosessual hüquqlarından istifadə etməmiş apelyasiya şikayəti verməmişdir. Hal-hazırda isə hazirki inzibati xəta üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmiş, hazırda da qüvvədədir. Bu səbəbdən borclunun bildirdikləri özünü müdafiə xarakteri daşısa da, onun qeyd etdiklərinə əsasən o tələblə razı olmadığı üçün icranı təmin etməmişdir. Beləliklə də, icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə görə onun təqsiri sübuta yetirildiyindən, sonuncu İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, Şəxs həbsetmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən saat 17:00-dan hesablanmalı, qərar dərhal icra edilməli, qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə və Abşeron Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2256/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2256/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver