Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2257/2024 20.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ 741232 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ 741232 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv edilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X4 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, onun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol X2 Sistemi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli, EQ 741232 saylı protokoldan heç bir məlumatı olmamışdır. Bu səbəbdən də sözügedən protokoldan vaxtında şikayət verilməmişdir. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 130.2-ci maddələrinə müvafiq olaraq buraxılmış müddət bərpa edilməlidir. Şikayət onunla əsaslandırılmışdır ki, o məxsus olan MERCEDES BENZ markalı 1999-cü il istehsalı olan dövlət qeydiyyat nişanlı **-BP-*** olan avtomobili DİN BDYPİ tətəfindən tərtib edilən. xx.xx.2019-cu il tarixli EQ741232 protokolun ləğv edilməsi üçün aşağdakılara əsaslanır. Belə ki onun sürücülük vəsiqəsinin etibarlıq müddət xx.xx.2020-ci il tarixdə bitmişdir. Həmin tarixdən etibarən o heç bir nəqliyyat vasitəsi idarə etməmişdir. DİN BDYPİ tərəfindən onun hər- hansısa nəqliyyat vasitəsi idarə etməyinə dair bir sübutları yoxdur. Burda sual olunur əgər onun avtomobili hərəkətdə olubsa niyə görə YPX əməkdaşı tərəfindən avtomobilə saxla əmri verilərək cərimə meydançasına aparılmasını təmin etməyib. Onda belə məlum olur ki, avtomobili idarə edən şəxs YPX əməkdaşı rüşvət verilərək hərəkəti davam etdirmişdir. Bundan sonra BDYPİ tərəfindən toplanmış materiallar Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş və həmin məhkəmə 3(012)- 1088/2023 saylı xx.xx.2023-cü il tarixli qərarla onu AZ.RES. İ.X.M 529.3 maddəsi ilə 06 (altı) ay müddətinə nəqlliyyat vasitəsini idarə etmək hüquq məhtudlaşdırılmışdır. Bununla o razılaşmayaraq qərarın ləğv ediməsi üçün Sumqayt Apellyasiya Məhkəməsinə şikayət vermişdi və Apellyasiya Məhkəməsi 3(105)-399/2023 saylı xx.xx.2023-cü il tarixli qərarla şikayətini təmin etmişdir.Ona məxsus həmin avtomobil uzun müddət avto təmir dayanacağında qəzalı vəzyyətdə olmuşdur. DİN BDYPİ tətəfindən tərtib edilən protokolun ona təqdim olunmadığına görə Abşeron Rayon Məhkəməsinə müraciət etdi. 3(012)-524/2024 nömrəli xx.xx.2024 cü il tarixli qərardadla verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qayrarılmışdır.Bununla bağlı Baki İnzibati Məhkəməsinə müraciyət edərək 2-1(112)-7135/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadla iddia mümkün sayılmadı. Həmin qərardadan Bakı Apellyasiya Məhkəməsinə şikayət versəmdə 2-1(103)- 2459/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadla dəyişdirilmədən qüvvədə saxlanıldı.Həmi qərarı dəyişdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsində prosesə sədirlik edən hakimə, hərbi xidmət dövründə düşmən hücümün dəf edən zamanı İİ qrup əlil olduğum barədə sənədi və 6 saylı Dost mərkəzidən əmək müqaviləm olmaması barədə arayışı təqdim edəndən sonra xx.xx.2024-cü il tarixdə Ali Məhkəməyə vəkil vasitəsilə kasassiya şikayət verlmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə, xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri vəkil bürosuna və xx.xx.2024-cü il tarixdə Vəkilər Kollegiyasına protokollarların alınmasıyla bağlı və şikayət verilməsi üçün vəkilə təmin olunmağı barədə ərizə ilə müraciət etmişdi. Daha sonra Prezident administrasiyasına, Nazirlər kabnetinə, Məhkəmə Hüquq Şurasına,Baş Prokrorluğa, DİN, qəbularda oladan sonra, BDYPİ tərəfindən tərtib olan protokol və qərararlar ona əlbə-əl hissə-hissə təqdim olunmuşdur. Protokol və qərararlardan şikayət verilmə müddəti 20 (iyrmi ) gün ərzindədir.Hesab edir ki, həmin müddətdə ötürülməyib. Ona görə də DİN BDYPİ tərəfindən X3 tərtib edilən xx.xx.2019-cu il tarixli EQ741232 protokol və ya qərarlar tamamilə ləğv edilməsi barəsində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə iclası müvafiq olaraq xx.xx.2024-cü il tarixə, saat 10:10-a təyin edilmiş, şikayətçi və inzibati qərarı qəbul etmiş şəxs AR DİN Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında AR DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin və şikayətçinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət əsassız olduğundan imtina olunaraq şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. X4 məhkəmə iclasında barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ 741232 saylı inzibati tənbeh vermə haqqında qərarın əldə edilməsi ilə bağlı yuxarı səlahiyyətli orqana dəfələrlə müraciət etməsini bildirsə də bununla bağlı sübutları təqdim edə bilməmişdir. Bundan başqa o, məhkəmə iclasında həmin qərarın ona şikayət verdiyi gündən təxminən 10 gün əvvəl təqdim edildiyini əsas gətirərək, vaxtında şikayət verə bilmədiyini bildirsə də, lakin onun həmin qərarı rəsmi qaydada nə vaxt əldə etməsi barədə təqdim edəcəyi tutarlı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 tərəfindən irəli sürülmüş arqumentlər onun hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməsinə maneə ola bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ 741232 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesssual müddətin bərpası üzürlü hesab edilə bilmədiyindən Azər Kərimli tərəfindən verilmiş vəsatət təmin olunmamalı, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ 741232 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti təmin edilməsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının təmin olunmaması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(012)-2257/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2257/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver