Məhkəmə qərarları › İş №3(012)-226/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-226/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-226/2021 27.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı il tarixdə Qubadlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Daş Karxanası ev 391-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-327/2018 saylı icra vərəqəsinə əsasən borclu Vəzirov Zaur Vəkil oğlundan mübahisəli avtomobilin etibarnamə ilə satılması zamanı iddiaçı X1 aldığı 3000 manat pul alınaraq iddiaçı X3 xeyrinə tutulsun, iddiaçı X4 tərəfindən Bank VTB (Azərbaycan) ASC-yə keçirilmiş 11941ABŞ dolları pul (ödəniş günü üçün Azərbyacan RespublikasıMərkəzi Bankını müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbyacan manatı ilə) və ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq iddiaçı X3 xeyrinə tutulmalıdır, borclu Vəzirov Zaur Vəkil oğlundan və Şəxs müştərək qaydada ödənilmiş 30.40 manat dövlət rüsumu alınraq iddiaçı X3 xeyrinə tutulmalıdır. Şəxs oğlu həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bunagörə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-cimaddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs oğlunun həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-327/2018 saylı icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində qətnaməni icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan bu günədək tələbkara olan borcundan heç bir ödəmiş etməmişdir. Hazırda borclu Şəxs 11941 ABŞ dolları məbləğində borcu vardır. Tələbkar müxtəlif orqanlara şikayət edərək, borcun ödənilməsini təkidlə tələb etsə də borclu borcunu ödəməkdən imtina edir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur.. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, uşağı xəstə olduğu üçün gününü xəstəxanalarda keçirdiyindən qeyd olunan icra vərəqəsindən xəbəri olmamışdır. Xəstəxanada tibb bacısı vəzifəsində işləyir. Qeyd olunan borcun əmək haqqısına yönəldilməsinə etiraz etmir. Tələbkara olan borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Tələbkara olan borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1 -ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar