Məhkəmə qərarları › İş №3(012)-2267/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2267/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2267/2023 06.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızı X1 Azərbaycan Yerüstü Nəqliyyat X2 sədri Natiq Dadaşov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli BNA seriyalı, ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Yerüstü Nəqliyyat X2 sədri Natiq Dadaşov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli BNA seriyalı, ******* saylı inzibati xəta haqqında qərarından şikayəti Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İş materiallarında olan qeyd edilən qərardan görünür ki, inzibati xəta hadisəsi Bakı şəhəri Xətai rayonu Babək prospektində baş vermişdir. Həmin ünvan Bakı şəhəri Xətai rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. İXM-nin 110.3-cü maddəsinin dispozisiya şərtlərindən göründüyü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Yerüstü Nəqliyyat X2 sədri Natiq Dadaşov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli BNA seriyalı,1181778 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : X1 Azərbaycan Yerüstü Nəqliyyat X2 sədri Natiq Dadaşov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli BNA seriyalı,1181778 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar