Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-227/2024 02.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs: Abşeron DYP Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İsgəndər oğlu 28 yanvar 2024cü il tarixdə saat 23:05 radələrində idarə etdiyi “Kia Sportage” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs İsgəndər oğlu idarə etdiyi nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş, işıq cihazlarından istifadə qaydasını pozmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-227/2024 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-16/2024 saylı qərarı ilə Abşeron Rayon Məhkəməsinin 3(012)-227/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Abşeron DYP Yol Patrul Xidmətinin inspektoru, polis serjantı Həşimov Seyfəddin protokolu müdafiə edərək, əlavə olaraq bildirdi ki, protokol hadisə yerində həmin tarixdə tərtib edilmişdir və tərtib olunan zaman ona müqavimət göstərilməmişdir. Şəxs sərxoş olduğundan onun izahatı alınmamışdır. Videoçəkilişlə aparılan görüntülər şəxsin inzibati xəta törətməsi üçün kifayət etmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayon Xırdalan şəhəri istiqamətində avtomobillə hərəkətdə olarkən Abşeron DYP Yol patrul xidmətinin YPX əməkdaşları tərəfindən heç bir qanuni əsas olmadan avtomobil saxlanılmış, barəsində AR İXM-nin 329.3-cü və 333.1-ci maddəsilə inzibati protokol tərtib olunaraq 400 manat inzibati cərimə olunmuşdur. Lakin həmin maddədə göstərilən inzibati xətanın törədilməsi barədə ona heç bir sübut göstərilməmiş və bu inzibati xətanı törətməmişdir. Həmin vaxt YPX əməkdaşları onun içkili olduğunu bildirərək özlərinin gətirdiyi alkotestridən istifadə edərək avtomobilini əlindən alıb cərimə meydançasına yerləşdirmişdirlər. Onlara etirazını bildirirərək sərxoş olmadığını desə də, ona məhəl qoymayaraq alkotestirin qəbzinə qol çəkdirmişdirlər. Həmin vaxt YPX əməkdaşları onun içkili olduğunu bildirərək avtomobilini əlindən alıb cərimə meydançasına yerləşdirmişdirlər. Sonradan o, dərhal xəstəxanaya gedərək ordan içkili olmamağı barədə arayış alıb, Abşeron DYP-ə təqdim etmişdir. Lakin orada ondan 600 manat pul istənilmiş, əgər verməyəcəyi təqdirdə barəsində içkili olmağı barədə qərar çıxaracağını bildirdilər. Onun protokola imza etməsinin səbəbi barəsində tərtib olunmuş protokolla razı olması ilə əlaqədar deyil, məhkəmə iclasında iştirak edəcəyinə dair imza olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, inzibati işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN X3 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokola əsasən Şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozduğuna görə saxlanılmış və yoxlama zamanı onun avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 28 yanvar 2024-cü il tarixli polis əməkdaşı tərəfindən alkotestr vasitəsi ilə keçirilmiş müayinə qəbzindən görünür ki, Şəxs İsgəndər oğlunun sərxoşluq vəziyyətinin müayinəsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 23:00-da xüsusi texniki vasitədən istifadə edilmiş və onun bədənində 0,5082 litr miqdarında alkoqol aşkar edilmiş, protokolun izahat hissəsində sonuncu məhkəməyə gələcəyinə dair qet etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2/5223 saylı sərxoşluğun vəziyyəti təyin edən tibbi müayinə aktından görünür ki, 1984-cü il təvəllüdlü Şəxs 29 yanvar 2024-cü ildə ayıq vəziyyətdə olması müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi Kia Sportage” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə saat 00:26-da duracağa yerləşdirilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 333.1-ci maddəsinin tərkibi sübuta yeririlmədiyindən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməli və İXM-in 329.1-ci maddəsi ilə olan xəta üzrə araşdırmanın aparılması Abşeron rayon Polis İdarəsi Dövlət X5 həvalə olunmalıdır. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, Şəxs tərəfindən törədilməsi ehtimal edilən İXM-in 329.1-ci maddəsi ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə məhkəmə araşdırmasının aparılmamalıdır. Həmin maddə ilə nəzərdə tutulmuş əmələ inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən müvafiq araşdırmanın nəticəsi olaraq hüquqi qiymət verilməlidir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, İXM-in 329.1-ci maddəsi ilə olan xəta üzrə araşdırmanın aparılmasının şəhər Abşeron rayon Polis İdarəsi Dövlət X5 həvalə olunması qənaətinə gəlmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, Şəxs barəsində onun nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə dair araşdırma aparılmış olsa da, sonuncunun sərxoş halda avtomobil idarə etməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 61.1.3-cü maddəsinə əsasən sübutlar təqdim etmək; 61.1.4-cü maddəsinə əsasən vəsatət və etirazlar vermək; 69.2 və 69.3-cü maddələrinin tələblərinə görə şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən alkotestr vasitəsi ilə yoxlama aparılmış, lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsə hüquq və vəzifələri izah edilməmiş, alkotestrin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinədən keçirilməmiş, həmçinin yoxlama iştirakı məcburi olan hal şahidlərinin iştirakı olmadan keçirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi kimi geyd edilən hadisə xx.xx.2024-cü il tarixdə saat 23:05-də aşkar edilmiş, nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə 00:26 radələrində dayanacağa təmin edilmiş, lakin inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə saat 06:08-də tərtib edilmişdir. Sərxoşluq vəziyyətinin olmasının və onun dərəcəsinin müəyyən edilməsi məhz yerində xüsusi texniki vasitə ilə və ya nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxsin tibbi müayinəyə göndərilməsi yolu ilə müəyyən olunmalıdır. Sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirak etməli olması imperativ qaydada, məcburi hal kimi müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən qəbul edilmiş qərar üçün əsas olan sübutlar qanunun tələblərini pozmaqla əldə edimişdir. Bu hal sərxoşluq hallarının müəyyən edilməsi prosesinin obyektiv və qərəzsiz şəkildə aparılmasını şübhə altına alır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində İXMin 333.1-ci maddəsinin tərkib əlamətləri sübuta yetirilmədiyindən Abşeron rayon Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata həmin hissədə xitam verilməli, İXM-in 329.1-ci maddəsi ilə olan xətaya isə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Abşeron rayon Polis İdarəsi Dövlət X5 həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material Abşeron rayon Polis İdarəsi Dövlət X5 həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vaitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-227/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-227/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver