Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2273/2024 21.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, X5 Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X7 inzibati tənbeh vermə haqqında qərardan şikayət verməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 tərəfindən verilmiş şikayət onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ-nin Polis X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqmda 10 oktyabr 2024-cü il tarixli TP ******* saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 manat (4 bal) məbləğində cərimə edilmişdir. Həmin qərarlaradan narazıdır. Belə ki, Zabrat- Kürdəxanı yolunda kanalizasiya xətlərinin yenilənməsi ilə əlaqədar təmir-bərpa işləri aparıldığı üçün dəmir hasarlar qoyulmuş və hərəkət həmin hissədə məhdudlaşdırılmışdır. Təmirlə əlaqədar yaranmış bu vəziyyətə görə o, 25 sentyabr 2024-cü il tarixdə əks yola çıxmağa məcbur olmuşdur. Etdiyi inzibati xəta həmin ərazidə olan müşahidə kamerası vasitəsi ilə aşakar edilmişdir. Həmin şəxslər qanunu pozaraq elə göstərmişlər ki, guya inzibati xəta onların iştirakı ilə aşkar olunmuş, bu barədə onun xəbəri və iştirakı olmadan birbaşa qərarlı İXP6612538 prtokoluna tərtib etmişdilər. Əslində isə etdiyi inzibati xəta xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdir və ona görə də bu barədə barəmdə elektron qərar qəbul edilməli idi. Odur ki, qeyd etdiklərinə əsaslanaraq hesab edir ki, barəsində qəbul edilmiş 10 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar qanunsuz qəbul edilmişdir. Ona görə də həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə proses iştirakçılarına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə qərardan şikayət vermiş şəxsin və qərarı qəbul etmiş orqanın nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri X9 İdarəsinin polis kapitanı X2 tərəfindən qəbul edilmiş 10 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərara əsasən X7 25 sentyabr 2024-cü il tarixdə, saat 16:26 radələrində Zabrat-Kürdəxanı yolunda “KHAZAR LX” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə şikayəti və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilərək, iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 10 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X7 xx.xx.2024-cü il tarixdə saat 16:26-da Zabrat-Kürdəxanı yolunda “KHAZAR LX” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İXMnin 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 25 sentyabr 2024-cü il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 10 oktyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X7 tərəfindən sözügedən inzibati xəta hadisəsinin 25 sentyabr 2024-cü il tarixdə törədilməsinə baxmayaraq, şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar 15 gün sonra, yəni 10 oktyabr 2024-cü il tarixdə qəbul edilmişdir. Qərarın hadisənin törədilməsi vaxtından 15 gün sonra qəbul edilməsi məhkəmədə haqlı suallar yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində 25 sentyabr 2024-cü il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 10 oktyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti qismın təmin edilməli, Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 10 oktyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X9 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2273/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2273/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver