Məhkəmə qərarları › İş №3(012)-2275/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2275/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2275/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Tələbkarın nümayəndəsi: X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə 25 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron rayonu, Novxanı Ərazi Dairəsi, Novxanı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş 29 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(012)- 2232/2024 nömrəli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3013/2021 saylı qətnaməsi ilə tutulan aliment miqdarının dəyişdirilməsi, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 13 may 2016cı il təvəllüdlü X3, 14 avqust 2017-ci il təvəllüdlü X5 və 05 sentyabr 2018-ci il təbəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Abşeron rayon İcra Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 05 iyul 2024-cü il tarixdə icra şöbəsinə dəvət olunmuş və 09 iyul 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Borclu ilə əlaqə yaratmağa çalışsalar da mümkün olmamış, barəsində 31 iyul 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul olunmuşdur. Borclu polis əməkdaşları tərəfindən şöbəyə dəvət olunmuş və izahatı alındıqdan sonra məlum olmuşdur ki, onun aliment miqdarının artırılmasından xəbəri olmamış, hazırda borcdan 2000 manat məbləğində ödəniş etməyə hazır olmasını bildirmişdir. Tələbkarın nümayəndəsi ərizə ilə icra şöbəsinə müraciət edərək, həmin məbləğlı razılaşmadığını, borclu barəsində protokol tərtib olunaraq məhkəməyə verilməsini xahiş etmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə tələbkarın nümayəndəsi Dilarə Ələsgərova izahat verərək bildirdi ki, borclu aliment öhdəliyini vaxtında və tam ödəmədiyi üçün ondan şikayətçidir. Ona görə də tələb edir ki, aliment borcu tam şəkildə ödənilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilməyərək, məhkəmə iclasında bildirdi ki, onun Abşeron rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2(012)-3013/2021 saylı qətnamədən xəbəri olmamışdır. Belə ki, o, tələbkardan alimentlə bağlı ödəniş etməsi üçün dəfələrlə müvafiq kart hesabı istəsə də, lakin sonuncu tərəfindən həmin kart nə ona, nə icra məmuruna təqdim olunmamışdır. Hazırda borclu olduğu icra vərəqəsi üzrə tələbkara 2000 manat məbləğində pul ödəməsini, qalan məbləği qısa müddət ərizində ödəyəcəyini bildirərək, barəsində ədaətli qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq bildirdi ki, əvvəlki məhkəmə qətnaməsindən məlumatlı olduğu və yeni qətnamə qəbul edilərkən ölkə hüdudlarınfan kənarda oduğu üçün məlumatı olmamış alimenti köhnə qətnamə üzrə ödəmişdir. Və nəticədə borc yaranmışdır. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: 01 may 2024-cü il tarixli, 2(012)-2232/2024 nömrəli Abşeron rayon məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 13 may 2016-cı il təvəllüdlü X3, 14 avqust 2017-ci il təvəllüdlü X5 və 05 sentyabr 2018-ci il təbəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. 01 may 2024-cü il tarixli, 2(012)-2232/2024 nömrəli icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, hazırkı halda borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs Abşeron rayon məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(012)-2232/2024 nömrəli icra sənədi üzrə aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs tərəfindən icra sənədi üzrə borcun ödənilməsinə yönəlmiş yuxarıda göstərilən hərəkətlər onun icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Bundan başqa həmçinin müəyyən edilmişdir ki, Şəxs yaranmış aliment borcundan 2000 manat məbləğdə ödəmişdir. Bu fakt məhkəmə ödəniş qəbzinə əsasən təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə aliment borcu Şəxs tərəfindən qismən şəkildə ödənildiyindən həmin icra sənədinin sonuncusu tərəfindən qərəzli olaraq icra edilməməsi təsdiq edilmir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmadığını, həmçinin icra sənədi üzrə borc məbləğindən 2000 manat ödədiyini nəzərə alaraq, hesab edir ki, onun əməlində inzibati tərkibi yoxdur. Qeyd olunanlara əsasən vəİ XM-in 40.0.1,43,48-51,53,55,114.1.4,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar