Məhkəmə qərarları › İş №3(012)-2278/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2278/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2278/2023 05.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Abıyev Elnur Elman oğlunun katibliyi ilə, zərəçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X6, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ Qobu PB-nin sahə rəisi, İbrahim Qədirovun iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Şamaxı rayonu, Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin İTŞnin sahə rəisi, polis mayoru Şəxs bildirdi ki, 05 avqust 2023-cü X1 rayonu Nübar yaşayış massivində X3 məxsus VAZ 2103 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşını qəsdən yandırmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 232-1-ci maddəsiylə protokol tərtib olunmuşdur. Zərəçəkmiş şəxs X4 bildirmişdir ki, uzun müddətdir İki, dəmirçi kimi fəaliyyət göstərib ailəsinin dolanışığını təmin edir. xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində iş yoldaşı Səməd onun mobil nömrəsinə zəng edib, ona məxsus olan VAZ 2103 markalı, **-BH-*** d.q.n. minik avtomobilinin Nurəli adlı keçmiş iş yoldaşı tərəfindən yandırıldığını və yararsız vəziyyətə salındığını bildirmişdir. O, Səməddən nəyə görə ona məxsus olan avtomobilin Nurəli tərəfindən yandırıldığı qənaətinə gəldiyini soruşmuşdur. Səməd hadisədən bir neçə dəqiqə əvvəl Nurəlinin, onunla 'çay içdiyini və sexdən çölə çıxan kimi ona məxsus olan avtomobilin yanmasını gördüyünü demişdir. O, dərhal Bakı şəhərindən avtomobilin yandırıldığı Abşeron rayonu, Hökməli qəsəbəsi Nübar yaşayış massivində yerləşən sexinə gəlmişdir. O. sexə yaxınlaşdıqda ona məxsus olan 1975-ci il istehsalı olan VAZ 2103 markalı, 10- BH-377 d.q.n. minik avtomobilinin tamamilə yanaraq yararsız vəziyyətə düşdüyünü görmüşdür. O, sexin ətrafında quraşdırımış nəzarət kameralarının yaddaşına baxarkən avtomobilin keçmiş iş yoldaşı Nurəli tərəfindən yandırılmasının şahidi idi ki, videogörüntüdə Nurəlinin içərisində benzin olan butulka ilə avtomobilinə yaxınlaşması və benzini avtomobilin üzərinə tökərək onu tamamilə yandırması öz əksini tapmışdır. O, Nurəli tərəfindən qəsdən əmlakının yandırılaraq yararsız vəziyyətə salınması barədə Qobu polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Nurəli adlı şəxs təkcə ona məxsus olan təxminən 6500 (alti min beş yüz) manat qiyməti olan avtomobilini yandırmamışdır. Nurəli avtomobilini yandırarkən avtomobilin saxlanc yerində olan dəyəri 450 manat olan qaynaq aparatı, dəyəri 320 manat olan 01 ədəd laqonda aparatı, təxmini dəyəri 180 manat olan BOSCH markalı prefaratof aparatı, dəyəri 70 manat olan 01 ədəd Bosch markalı direl aparatı, avtomobilin salonunda olan dəyəri 130 manet olan Maybach markalı eynəyi, dəyəri 140 manat olan təzə idman paltarı, evinin bələdiyyə sənədləri, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, işıq və qaz sayğaclarına məxsus olan smart kartları da yanaraq məhv olmuşdur. Nurəiinin ona qarşı qanunsuz əməli nəticəsində ona təxminən 7800-8000 manat ziyan dəymişdir. Məhkəmədə Şəxs bildirdi ki, Ozal Muştafayevin DİN-nin 102 zəng xidməti mərkəzinə və Abşeron RPİ-nin Qobu PB- nə yazığı ərizə ilə tanış olmuşdur. Hadisə ilə bağlı qeyd edə bilər ki, 2022-ci ilin may ayında məhbusluqdan çıxdıqdan sonra iş axtarmağa başlamışdır. Sonra Ozal adlı usta ilə tanış olmuşdur. Ozal usta dəmir materialından hazırlanan dəmir-qapı ustasıdır. O, Ozalın yanında işləməyə başlamışdır. Ozal ona işi öyrədəcəyini bildirmişdir.O, Ozalla birlikdə 4 aydan çox olar işləmişdir. Ozaldan ona qaynaq işlərini öyrətməsini istəmişdir. Ancaq Ozal ona qaynaq işlərini öyrətməmişdir. Qaynaq işindən başqa bütün işlərini ona elətdirmişdir. O da Ozalın bütün işlərini görmüşdür. Ozal ona qaynaq işlərini öyrətmədiyi üçün yanından çıxmışdır. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Ozala məxsus dəmir qapı-pəncərə sexinin qarşısında saxladığı "VAZ 2103" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üstünə benzin tökərək yandırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Nurəli Ötərxan oğlu barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqında protokoldan görünür ki, Şəxs inzibati qaydada tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nın Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, inzibati xətanın törə törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş qaydada həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddəsi ilə təqsirli bilinməklə 07 (yeddi) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə 16:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar