Məhkəmə qərarları › İş №3(012)-2283/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2283/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2283/2023 27.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Cəmilə Səfiyeva İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş MN1918042 nömrəli, xx.xx.2023-cü il tarixli daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş MN1918042 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına xəbərdarlıq edilmiş, «Milla Dairy” MMC-nin nümayəndəsi məhkəməyə gəlmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, «Milla Dairy” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş MN1918042 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, protokolda MMC-nin adı düzgün olmaqyaraq Şəxs MMC qeyd olunmuşdur. Lakin hazırda MMC-nin adı dəyişdirilmişdir. Bundan əlavə Şəxs MMC-yə göndərilən bildirişdə Azərbaycan Respublikası İXM-nin 462-ci maddəsinə istinad olunmuşdur. Tərtib olunan inzibati xəta prtotokolu isə İXM nin 464-cü maddəssi üzrədir.Odur ki, protokolun onu tərtib etmiş orqana geri qaytarılmasını xahiş etdi. İş materiallarından məlum olur ki, AZ01115, Abşeron rayonu, Hökməli ŞTQ, Hökməli ŞTQ ünvanında fəaliyyət göstərən Şəxs MMC (VÖEN- **********) tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 20 noyabr 2023-cü il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı ilə əlaqədar bildiriş göndərilmişdir. «Milla Dairy” MMC-yə inzibati xəta haqqında işin baxılması barədə 21 noyabr 2023-cü il tarixdə, 3-23/2- 7925/2023 saylı bildiriş göndərilmiş, təşkilatın 2023-cü il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyini mövcud olduğu təqdirdə qeyd olunan tarixədək bildirişdə göstərilən emailə göndərilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verimiş Çıxarışın surətindən məlum olur ki, MN1918042 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuş VÖEN- ********** Şəxs MMC-yə deyil "xxxx" MMC-yə məxsusdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş MN1918042 nömrəli, xx.xx.2023-cü il tarixli tarixli inzibati xəta haqqında protokol natamam olduğundan, düzgün tərtib edilmədiyindən material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan məktubda və Şəxs MMC-yə göndərilən bildirişdə Azərbaycan Respublikası İXM-nin 462-ci maddəsinə istinad edilmişdir. Bununla yanaşı protokolda hüquqi şəxsin adının dəyişdirilməsinə baxmayaraq əvvəlki adı Şəxs MMC qeyd olunmuşdur. Beləliklə, göründüyü kimi tərtib olunan protokol natamamdır. Bu əsas da isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş MN1918042 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115ci və 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş MN1918042 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar