Məhkəmə qərarları › İş №3(012)-2283/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2283/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2283/2024 06.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, X1 iştirakı ilə, X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ5521119 nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ5521119 nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə xx.xx.2024-cü il tarixdə Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Ərizədə qeyd etmişdir ki, DİN BDYPİ mərkəzi informasiya sisteminin barəsində tərtib edilmiş xx.xx.2021-cü il tarixli EQ ******* saylı qərardan heç bir məlumatı olmamışdır. Bu səbəbdən də sözü gedən qərardan vaxtında şikayət verilməmişdir. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də onun barəsində tərtib edilmiş xx.xx.2021-cü il tarixli EQ5521119 saylı qərardan buraxılmış prosessual müddətin ötürülməsi səbəbin üzrlü hesab edilməsi və müddətin bərpa olunması barəsində qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 izahatında bildirdi ki, Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi İnformasiya sistemi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ10320561 saylı inzibati xəta haqqında qərardan heç bir məlumatı olmamışdır.Abşeron rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərarı ilə onun sürücülük hüququ məhdudlaşdırılmışdır.Həmin qərardan apellyasiya şikayəti vermiş, şikayəti təmin edilmişdir. Bundan sonra qərardan Abeşeron rayon Məhkəməsinə şikayət etmiş, 27 mart 2024-cü il tarixli qərardadla şikayət geri qaytarılmışdır, sonra digər məhkəmələrə müraciət etmişdir. Buna görə də prosessual müddətin buraxılması üzrlüdür. Sonda o, barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ5521119 nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan prosessual müddətin ötürülməsi səbəbini üzrlü hesab edilməsi və müddətin bərpa edilməsini xahiş etdi. İş materiallarına X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ5521119 nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın hansı tarixdə götürülməsini təsdiq edən rəsmi sənəd əlavə edilməmişdir, lakin şikayətin məzmunundan və onun izahatından görünür ki, sözügedən qərardan məlumatlı olmuşdur. Bu isə onun qeyd edilən qərarı əldə etdiyini və qərardan Abşeron rayon məhkəməsinə şikayət etdiyini və Məhkəmənin 27 mart 2024-cü il tarixli qərardadla şikayətinin geri qaytarıldığını qeyd etməsi ilə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin: 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasın buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 tərəfindən onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ5521119 nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ5521119 nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi rədd olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar