Məhkəmə qərarları › İş №3(012)-229/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-229/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-229/2024 08.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə, X1, Abşeron DYP Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 iştirakı ilə, X3 Abşeron DYP Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Dövlət X11 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və həmin iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X5 bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə ona məxsus olan "Toyota Camry" markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Digah qəsəbəsi, Şahin Həsənov 35 ünvanında Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Yol Patrul Xidməti ekipajı tərəfindən saxlanmışdır. Tərəfindən saxlanmasının səbəblərinə dair öyrəndikdə hər hansı əsas olmadan Azorbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğu və iddia edilən inzibati xəta ilə razılaşmamağına baxmayaraq ÍXP5871488 nömrəli inzibati xəta haqqında qərar qəbul edilməsi ilə bağlı həmin tarixdə AR Daxili İşlər Nazirliyin "102" xidməti-zəng mərkəzinə və qeyd olunan Nazirliyə və onun X12 idarəsinə elektron qaydada müraciətlər və araşdırma aparılması və inzibati xətaya yol vermədiyi üçün inzibati üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Sözügedən müraciətə baxılması üçün rayon Polis idarəsinə göndərilmişdir. Xeyli müddətin keçməsinə baxmayaraq müraciətinə baxılmış və hərəkətsizlik göstərilmişdir. "Asan ödəniş' portalından xx.xx.2024-cü il tarixdə çıxarış əldə edən zaman sözügedən qərarın ləğv edilmədiyi və qüvvədə oldugu müəyyən olunmuşdur. İnzibati xəta haqqında qərar qanunsuz və əsassızdır: 1) Xüsusilə o, avtomobili idarə edərkən üfüqi nişanlama xəttinin tələblərinə riayət etmiş və inzibati xətaya yol verməmişdir. İnzibati xətanın mövcudluğu barədə fikirlər YPX inspektorunun qeyriobyektiv mülahizələri və təxəyyülünün məhsulunun nəticəsidir. Barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X12 İdarəsinin Abşeron rayon X12 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ÍXP5871488 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(012)-134/2024 nömrəli qərardadı ilə şikayət vermə müddətinin ötməsi, buna uygun olaraq müddətin bərpa edilməsi barədə vəsatətin təqdim edilməməsi əsası ilə şikayət geri qaytarılmışdır. Belə ki, mübahisələndirilən qərar barədə şikayət xx.xx.2023-cü il tarixdə Daxili Nazirliyinə edilsə də, hansı tarixə qədər yalnız telefon vasitəsilə baxılmışdır. Lakin müəyyən müddət ərzində şikayətə baxılıb qərar qəbul edilmişdir. Buna baxmayaraq qərardan şikayət vermə müddətinin barəsində icraat aparılan şəxsin təqsiri üzündən ötürülməməsi səbəbi ilə üzrlü hesab edilməsi barədə vəsatət təqdim edilir. Eyni zamanda, həmin qərardan verilən baxılmaması ilə bağlı hərəkətsizlik onun kağız daşıyıcıda alınmasının mümkünsüzlüyünə səbəb olmuşdur. Bu baxımdan onun mövcudluğu barədə müvafiq qaydada inteqrasiya dövlət elektron informasiya sistemlərində (asanpay.az, my.gov.az) əldə edilən elektron məlumatı, bunlara dair, inzibati tənbehə dair sübutetmə vəzifəsinin inzibati orqana aid olduğunu və həmin orqan tərəfindən müvafiq qararın ona təqdim edilməməsinin (hərəkətsizliyi) məhkəmə müdafiəsi sahəsində konstitusion hüququnun məhdudlaşdırılmasına səbəb olacağını nəzərə alaraq, həmin qərarın ÌXM-nin 83.1-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən inzibati orqandan tələb olunması hansı ki, baxılmasının daha səmərəli təmin edilməsini xidmət etmiş olardı. Odur ki, o, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Abşeron DYP Yol Patrul Xidməti inspektoru polis baş serjantı X4 izahatında bildirdi ki, onun təqdim etdiyi video görüntülər səhv göndərilsə də, vətəndaş X3 1.1 xəttinin tələbini pozması dəqiqdir və buna görə də vətəndaş barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, o, şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, şikayət vermiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-229/2024 saylı, xx.xx.2024cü il tarixli qərarından görünür ki, X3 DİN-in Abşeron rayon DYP şöbəsi tərəfindən çıxarılmış ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından şikayəti rədd olunmuşdur. Həmin qərardan X5 apellyasiya şikayəti vermişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətin təmin olunmamasına dair Abşeron rayon Məhkəməsinin 3(012)-229/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş başqa hakim tərəfindən yenidən baxılması üçün materialın Abşeron rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixində, saat 07.49-da Abşeron rayonu, Şahin Həsənov (Digah), 35 ərazisində Toyoto Camry minik markalı, ** OT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə təqsirli bilinmiş və ona 80 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan başqa X3 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində təsbit edilmiş inzibati xətanın törətməsi halı heç bir sübutla müəyyən edilməmişdir, həmçinin nəqliyyat vasitəsinin 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmasını təsdiq edən sübutlar Abşeron DYP Yol Patrul Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmiş, hətta məhkəməyə inzibati tənbeh vermə haqqında qərarda göstərilən nəqliyyat vasitəsi əvəzinə səhv nəqliyyat vasitəsinə aid video görüntü təqdim edilmişdir. Qeyd edilənlərə əsasən, X3 inzibati xəta törətməsi barədə şübhələr hər bir halda şəxsin xeyrinə həll edilməli, şikayət qismən təmin edilməli, tərib olunmuş qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN-nin Baş X12 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Belə olduğu təqdirdə X3 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin olmasını araşdırmaq mümkün olmamış və bu hal məhkəmədə də sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində Abşeron DYP Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün yenidən həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar