Məhkəmə qərarları › İş №3(012)-2293/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2293/2020

25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2293/2020 25.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qıznın sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 mənzil 10 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X2 bildirdi ki, Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixində keçmiş əri Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, Koroğlu küçəsində Şəxs tərəfindən və Zərərçəkmiş şəxs1 xx.xx.2020ci il, xx.xx.2020-ci il, tarixlərində qızının keçmiş əri Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, Koroğlu küçəsində Şəxs tərəfindən döyülmüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində yaşadığı Abşeron ray, Xırdalan şəh, H.Əliyev pr, Koroğlu küçəsində yerləşən evdə olan zaman arvadı Samirə onunla mübahisə edərək evdən getməsini tələb etmişdir.Həmin vaxt Samirə ilə onun arasında mübahisə yaranmış və həmin mübahisə zamanı o, Samirənin üzünə bir dəfə sillə zərbəsi vurmuş, bundan sonra orada olan qaynanası Mülayim onun üzərinə hücum edərək əlində olan plastik su borusu ilə üz nahiyəsinə zərbə endirmiş, buna görə də o, Mülayimi sinə nahiyəsindən tutaraq əli ilə itələyib özündən uzaqlaşdırmışdır. Sonda o, təqsirinin olmamasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Şəxs onun qızının keçmiş əridir, onlar Abşeron ray, Xırdalan şəh, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində boşanmalarına baxmayaraq birlikdə yaşayırlar, onların arasında mütəmadi olaraq münaqişə olduğu üçün xx.xx.2020-ci il tarixdə qızı Samirə Abışova onu yaşadıqları ünvana çağıraraq Ruslandan qorxduğu üçün onunla birlikdə qalmağını istəmiş, həmin vaxt onunla Ruslan arasında mübahisə yaranmış, Ruslan taxta parçası ilə sağ əlinin üzərindən vurmuş, daha sonra mətbəxdən bıçaq götürərək üzərinə hücum etmiş, ona xəsarət yetirmiş, daha sonra xx.xx.2020-ci il tarixdə saat 6 radələrində qızı Samirənin evinə qonaq getmiş, Ruslan həmin vaxt səbəb olmadan qızının ünvanına nalayiq ifadələr işlədərək ona yumruq zərbələri endirmiş, baş vermiş mübahisəyə o, müdaxilə etdikdə Ruslan ona da yumruq və sillə zərbələri vuraraq döymüşdür. Buna görə o, DiN-in 102 xidməti zən Sonda o, Şəxs həbslə bağlı olan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 da iş üzrə Zərərçəkmiş şəxs1 izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli və xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan aydın olur ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciətləri əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 1895 saylı rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-ənsə nahiyyəsinin dərialtı hematoması, sağ almacıq və hər iki sağrı nahiyyələrinin qançırları bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1731 saylı rəyindən görünür ki, 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol bazunun orta 1/3-nin iç səthinin yaraları iti uca malik olan alətin (əşyanın) təsirindən törənmişdir, sağ əlin arxa səthinin qançırı-bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 1893 saylı rəyindən görünür ki, 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol və sağ said nahiyyələrinin sıyrıqları bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməməsini özünü müdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar