Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2296/2020 26.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Fayaz oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin sahə rəisi X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon polis idarəsinin Mehdiabad PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar PB-nə dəvət edilərkən, Abşeron rayon Pİ-in Mehdiabad polis bölməsinə getməkdən imtina etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron RPİ-nin Mehdiabad PB-in polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə Narkoloji Mərkəzdə müayinədən keçərkən sidiyində THC(+), AMP(+), MTD(+) aşkar edilmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXMnin 206, 535.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin sahə rəisi, X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-in polis əməkdaşı tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar PB-nə dəvət edilərkən, Abşeron rayon Pİ-in Mehdiabad polis bölməsinə getməkdən imtina etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam intizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Novruzov X2 Mərkəzdən müayinədən keçirilərkən sidiyində THC(+), AMP(+), MTD(+) aşkar edilmişdir. Həmin fakt əsasında Abşeron rayon Pİ-də Mehdiabad PB-də araşdırma aparılmış, Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 206, 535.1-ci maddələri ilə inzibati protokol tərtib etmişdir. PB-də Şəxs özünü aqressiv aparmışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Pİ-in Mehdiabad PB-in əməkdaşları ona yaxınlaşaraq, Mehdiabad qəsəbəsi ərazisində baş vermiş oğurluq hadisəsində onun şübhəli olduğunu bildirərək, onu polis bölməsinə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşlarına heç bir oğurluq etmədiyini deyərək polis bölməsinə getməyəcəyini bildirmişdir. PB-si onu müayinəyə göndərilmiş, müayinə zamanı onun sidiyində narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. İşə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli, 1082 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 10:51-da müayinə olunarkən sidiyində «THC(+), AMP(+), MTD(+)» istifadə etməsi müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs 25.2020-ci il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokol ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşının Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 35.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə İXM-in 206-cı madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs İXM-in 206-cı madddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2296/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2296/2020
26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver