Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-230/2025 17.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin inzibati tenbeh vermə haqqında 26 oktyabr 2024-cü il tarixli, EQ 24357684 saylı qərarın ləğv edilməsinə dair verdiyi şikayətə baxılmağa hazırlanması zamanı Müəyyən etdim: X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş 26 oktyabr 2024-cü il tarixli, EQ 24357684 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Məhkəmə şikayət və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X3 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar 26 oktyabr 2024-cü il tarixdə qəbul edilsə də, həmin qərardan şikayət 16 yanvar 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Belə ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar 26 oktyabr 2024cü il tarixdə qəbul edilsə də, sonuncu qəbul edilmiş qərarı rəsmi qaydada nə vaxt almasına dair sənədi şikayət ərizəsinə əlavə etməmişdir. Bundan başqa hazırki iş üzrə barəsində şikayət verilmiş inzibati xəta haqqında iş üzrə qərarın surəti iş materiallarına əlavə edilməmiş, məhkəməyə göndərilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin qərarın surətinin alınması üçün şikayətçinin özünün səlahiyyətli orqana (vəzifəli şəxsə) müraciət etməsi, lakin qərarın surətinin ona verilməməsi barədə iş materiallarına heç bir sübut da əlavə edilməmişdir. Şikayətçi özü qərarın surətinin alınması üçün həmin səlahiyyətli orqana müraciət etməli, qərarın surətini aldıqdan sonra, məhkəməyə həmin qərardan şikayət verə bilər. Əgər səlahiyyətli orqan qərarın surətinin şikayətçiyə verilməsindən imtina edərsə, şikayətçi yuxarı səlahiyyətli orqana müraciət edə bilər. Bundan əlavə həmin qərarın hansı səlahiyyətli orqan (vəzifəli) şəxs tərəfindən çıxarılmasını da müəyyən etmək mümkün deyildir. Çünki qərardan şikayətə baxılarkən, qərar qəbul etmiş səlahiyyətli orqan da məhkəmə iclasına dəvət edilməlidir. Lakin şikayətdən və əlavə edilmiş materiallardan həmin qərarın hansı orqan (vəzifəli şəxs) tərəfindən çıxarılması müəyyən edilmədiyindən, məhkəmə iclasına çağırılmalı olan səlahiyyətli orqan (vəzifəli şəxs) da müəyyən edilə bilmir. Son olaraq o, məhkəməyə müraciət etmiş olduğu şikayət ərizəsini imzalamamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərardan X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin inzibati tenbeh vermə haqqında 26 oktyabr 2024-cü il tarixli, EQ 24357684 saylı qərarın ləğv edilməsinə dair verdiyi şikayət geri qaytarılsın. X2 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunsun. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-230/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-230/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver