Məhkəmə qərarları › İş №3(012)-2311/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2311/2020

30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2311/2020 30.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Abşeron rayon polis idarəsinin sahə rəisi polis mayoru X2, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Ş.Quliyev küçəsində fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində, özünə məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Ş.Quliyev küçəsində fərdi yaşayış evindən kirayə yaşayan Zərərçəkmiş şəxs evdən çıxmasını tələb etdiyinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunun ayaq nahiyyəsindən yerdən götürdüyü taxta parçası ilə qəsdən vuraraq, ona fiziki ağrı yetirmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin sahə rəisi polis mayoru X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində, kirayədə qaldığı evdən çıxmasını tələb etdiyinə görə aralarında yaranmış mübahisə zamanı evin sahibi Şəxs yerdən götürdüyü taxta parçası ilə qəsdən onun ayaq nahiyyəsindən vuraraq, ona fiziki ağrı yetirdiyini bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTB-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Şəxs ilk dəfədir ki inzibati məsuliyyətə cəlb olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, əri xəstəliyə tutulduğu üçün yaşadığı yer qaçqınların məskunlaşdığı yataqxana olduğu üçün oradan Sumqayıt şəhərində yaşayan qohumlarıgilə getmişdir. Qonşusu ona həmin evdə qalmaq istəyən şəxslərin olduğunu dedikdə, etiraz etməmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə əri vəfat etdikdən sonra evinə gələrək, Glnara və onun ərinə evi boşaldmalarını tələb etmişdir. xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində, yenidən gəlib, evdən çıxmalarını tələb etdikdə, Gülnar onun ərinə 2480 manat pul verdiklərini, pulu qaytaracağı halda evi tərk edəcəklərini bildirmişdir. Buna görə də aralarında mübahisə düşmüş, mübahisə zamanı qarşılıqlı olaraq, biri-birlərinə əl-qol atmışlar. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsində məcburi köçkünlərin yaşadıqları binada kirayə ev verildiyini öyrənib, həmin evi kirayə verən Rahilə ilə görüşmüşdür. Söhbət zamanı Rahilə evi satmaq istədiyini bildirdikdə, həmin evi hissə-hissə ödəməklə ala biləcəyini demişdr. Razılaşdıqdan sonra əri Qalib Rahilənin əri İfadəyə hissə-hissə 2480 manat pul vermişdir. 2020-ci ilin əvvəllərində Rahilə həmin evə gəlib, ona evi boşaltmalarını tələb etmişdir. Həmin vaxt Rahiləyə mübahisəli evin ona satıldığını, bunun müqabilində onlardan 2480 manat pul aldıqlarını bildirərək, pulu qaytardıqları halda evi boşaldacağını demişdir. Bu səbəbdən aralarında mübahisə düşmüş, mübahisə zamanı Rahilə yerdən götürdüyü taxta parçası ilə onun ayaqından vurmuşdur. Şəxs şikayətçidir. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 2288 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – sağ diz nahiyyəsinin qançırı küt-bərk əşyanın təsirindən törənmişdir. Müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması zərərçəkmiş şəxs izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar