Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2313/2020 01.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, barəsində inzibati protokol tərtib olunmuş Şəxs, zərərçəkmiş şəxs X1 və Abşeron rayon RPİ-in sahə inspektoru polis mayoru X2 iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Novxanı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdlan şəhəri, 120 adlanan yerdə yerləşən Alşan marketdən 41 manat 50 qəpik dəyərində 09 ədəd Axe markalı dezodarantları gizli yolla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-nin sahə inspektoru polis mayoru X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Füzuli küçəsi, ev 13B-də yaşayan X3 ərizə ilə polis idarəsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdlan şəhəri, 120 adlanan yerdə yerləşən Alşan marketdən 41 manat 50 qəpik dəyərində 09 ədəd Axe markalı dezodarantların oğurlaması barədə şikayət etmişdir. Həmin şikayət əsasında Abşeron rayon polis idarəsində araşdırma aparılmış, qeyd olunan oğurluğun Abşeron rayonu, Novxanı kəndində yaşayan Şəxs törətməsi müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞnə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, narkotikə təlabatını ödəmək üçün oğurluq edir. Narkotik vasitə almaq üçün pula ehtiyacı olduğundan qeyd olunan xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 verdiyi izahatında göstərmişdir ki, özünə məxsus Abşeron rayonu, Xırdlan şəhəri, 120 adlanan yerdə yerləşən Alşan marketi işlətməklə ailəsini dolandırır. xx.xx.2020-ci il tarixdə komendant saatı ilə əlaqədar marketdə sıxlıq olmuş, həmin vaxt naməlum şəxs tərəfindən 41 manat 50 qəpik dəyərində 09 ədəd Axe markalı dezodarantlar oğurlanmışdır. Həmin oğurluq marketə quraşdırılmış müşahidə kameralarında öz əksini tapmışdır. Şikayət edərkən həmin görüntüləri polis əməkdaşlarına təqdim etmişdir. Şəxs şikayətçidir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarları və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 03 (üç) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2313/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2313/2020
01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver