Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2317/2025 22.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənova Türkan Bəxtiyar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Kamçatka vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(060)-263/2025 saylı icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları X1 yanında qalmaları müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində, 2025-ci il üzrə 0,55 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 11 mart 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 02 aprel 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmiş və görülən icra tədbirləri nəticəsində sonuncu tutularaq icra şöbəsinə gətirilərək, barəsində protokol tərtib edilmişdir. Bundan sonra məhkəmənin qəbul etdiyi 29 mart 2025-ci il tarixli, 3(012)-1290/2025 saylı qərarına əsasən 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Şəxs bundan sonra yenidən şöbəyə dəvət olunaraq icra sənədinin icrası barədə xəbərdar edilsə də sonuncu icra şöbəsin\ gəlməkdən yayındığından bu səbəbdən barəsində 18 avqust 2025-ci il tarixli qərarla axtarış elan edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs 5280 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir, lakin öhdəliyidə olan icra sənədindəki borcu ödəməkdən imtina edir. Belə ki, o, heç bir zaman boşanmağın tərəfdarı olmamış, arvadı ilə ailə münasibətlərini davam etdirmək istədiyini, aliment təyin olunmasını doğru hesab etmədiyini, övladının maddi təminatının yalnız onun tərəfindən həyata keçirilməsinin əsassız olduğunu bildrmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, borcun ödənilməsindən məqsədli şəkildə yayınmamış, sadəcə məhkəmə qətnaməsi ilə razılaşmadığı üçün həmin öhdəliyi qəbul etməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Sumqayıt şəhər Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(060)-263/2025 saylı icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları X1 yanında qalmaları müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində, 2025-ci il üzrə 0,55 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir;
2. Sumqayıt şəhər Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(060)-263/2025 saylı icra vərəqəsi ilə bağlı 11 mart 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
3. Borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 02 aprel 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmiş və görülən icra tədbirləri nəticəsində sonuncu tutularaq icra şöbəsinə gətirilərək, barəsində protokol tərtib edilmişdir;
4. Abşeron rayon məhkəməsinin 3(012)-1290/2025 saylı, 29 may 2025-ci il tarixli, qərarına əsasən Şəxs barəsində 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir;
5. Borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 18 avqust 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutları və işin hallarını hərtərəfli təhlil edərək müəyyən etmişdir ki, borclu icra sənədinin mövcudluğu barədə məlumatlı olmasına baxmayaraq, tələbin yerinə yetirilməsi üçün hər hansı bir təşəbbüs göstərməyərək, icra hərəkətlərinə qarşı laqeydlik nümayiş etdirmiş və nəticədə üzərində xeyli miqdarda aliment borcu formalaşmışdır. Qeyd olunan hallar borclu tərəfindən icra sənədinin tələblərindən qərəzli şəkildə yayınma kimi qiymətləndirərək, Şəxs barəsində həbslə bağlı olmayan tənbehin verilməsinin məqsədə uyğun olmadığını, bu səbəbdən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 22 sentyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov