Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2322/2024 04.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin X6 polis sahə rəisi, polis mayoru X2 Barəsində inzibati xəta Şəxs haqqında icraat aparılan şəxs: iştirakları ilə xx xxxxxx 2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Pollis İdarəsinin X6 polis sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş 01 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Pollis İdarəsinin X6 polis sahə rəisi, polis mayoru Tərlan Nəbiyev izahat verərək bildirdi ki, Şəxs narkotik vasitə əldə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək, polis əməkdaşları tərəfindən 30 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində Abşeron rayonu, Saray qəsəbəsi, Nizami marketin yaxınlığında saxlanılaraq, bölməyə gətirilmiş və raportla Növbətçi Hissəyə təhvil verilmişdir. Raportla əlaqədar Şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən çıxartdığı 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək, özünə məxsus olduğunu bildirmişdir. Araşdırma zamanı Şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin ümumi çəkisinin 0,137 qram narkotik vasitə olan heroin olması müəyyən edilmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə şəxsi istehlak miqdarından, yəni 0,15 qramdan az olduğundan onun hərəkətləri cinayət əməli kimi deyil, inzibati əməl olaraq müəyyən olunmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirmişdir ki, o, təxminən 1 il olar ki, narkotik vasitə olan heroin istifadə edir. 29 oktyabr 2024-cü il tarixdə, təxminən saat 16 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 1 ədəd şəffaf rəngli selofana bükümün içərisində narkotik vasitə hesab heroin (kakos) 20 manat pul müqabilində əldə edib, açıq rəngli cins şalvarının yan cibində öz şəxsi istifadəsi üçün saxlamış, 30 oktyabr 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi Nazim marketin yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşıb özünü polis əməkdaşı kimi təqdim edib anket məlumatlarını soruşmuşdur. O, polis əməkdaşına lazımı məlumatları vermiş, daha sonra hərəkətləri onlara şübhəli gəldiyi üçün şübhələndiklərini bildirib, birlikdə Abşeron RPİ-nin Saray PB-nə getməli olduğunu söyləmişlər. Həmin vaxt heç bir etiraz etmədən polis əməkdaşları ilə Saray PB-nə gəlmiş və orada üzərində narkotik vasitə gəzdirdiyini və istifadə etdiyini etiraf etmişdir. Orada otaqların birində müdafiəçinin iştirakı ilə üzərində çəkilişlə şəxsi axtarış aparılmış, ona üzərimdə qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməyi təklif edildikdə, o, geyindiyi cins şalvarının yan cibində olan 1 ədəd şəffaf selofanda bükülmüş heroin bükümü təqdim etmişdir. Həmin vaxt ona məxsus olan narkotik vasitə olan 1 ədəd şəffaf selofanda bükülmüş heroin bükümü ağ kağız zərfə qoyulub, qablaşdırlaraq möhürlənmişdir. Şübhəli şəxs qismində saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma” haqqında 31 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 18:10-dan məhdudlaşdırılmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs üzərində narkotik vasitə olan heroin aşkar edilməsi faktı üzrə cinayət tərkibi olmadığına görə həmin faktla bağlı onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğuna görə barəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surətiAbşeron RPİ-nin X8 göndərilməsi, şəxsin yaşadığı ərazi üzrə narkoloji disppaserdə qeydiyyata alınması və sonuncunun üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 0,137 qram narkotik vasitə olan heroin qablaşdırılmış vəziyyətdə aidiyyəti üzrə Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 01 noyabr 2024-cü il tarixli, 7087 saylı Narkoloji-Tibbi Yoxlamanın rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkamniya xəstəliyi) aşkar olunur. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında 01 noyabr 2024-cü il tarixdə tərtib edilmiş, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 30 oktyabr 2024-cü il tarixdə üzərində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin gəzdirdiyi üçün saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, həmçinin narkamaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq, Şəxs barəsində İXM-nin 206cı maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunan Məcəllənin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 31 oktyabr 2024-cü il saat 18:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, bu tədbir inzibati həbs çəkilib qurtardıqdan sonra icra olunsun. Məcburi müalicənin icrasına nəzarət Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2322/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2322/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver