Məhkəmə qərarları › İş №3(012)-2324/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2324/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2324/2024 07.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu, X2 Abşeron rayon Polis İdarəsinin Dövlət X7 inspektoru, polis serjantı X4 inzibati tenbeh vermə haqqında 11 mart 2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, Müəyyən etdim: Məhkəmənin icraatına X2 Abşeron rayon Polis İdarəsinin Dövlət X7 inspektoru, polis serjantı X4 inzibati tenbeh vermə haqqında 11 mart 2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair verdiyi şikayət əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, X5 tərəfindən mübahisələndirilən inzibati xəta üzrə artıq Abşeron rayon Məhkəməsinin mahiyyəti üzrə mövcud qərarı vardır. Belə ki, Abşeron rayon Məhkəməsinin 3(012)-2324/2024 saylı, 29 may 2024-cü il tarixli qərarı ilə X2 şikayəti qismən təmin edilmiş, Abşeron rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göründüyü kimi şikayətçi X1 orqan tərəfindən çıxarılmış qərarı mübahisələndirsə də, lakin həmin şikayət üzrə artıq yekun məhkəmə aktı mövcud olduğundan, şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, bundan başqa Abşeron rayon Məhkəməsinin 3(012)-2324/2024 saylı, 29 may 2024-cü il tarixli qərarına əsasən inzibati tənbeh vermə haqqında qərarın yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasıı ilə bağlı müəyyən edilmiş vəzifələr icra olunması üçün Abşeron rayon Polis İdarəsinin Dövlət X9 həvalə edilməli, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Abşeron rayon Polis İdarəsinin Dövlət X7 inspektoru, polis serjantı X4 inzibati tenbeh vermə haqqında 11 mart 2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Abşeron rayon Məhkəməsinin 3(012)-2324/2024 saylı, 29 may 2024-cü il tarixli qərarına əsasən inzibati tənbeh vermə haqqında qərarın yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasıı ilə bağlı müəyyən edilmiş vəzifələr icra olunması üçün Abşeron rayon Polis İdarəsinin Dövlət X9 həvalə edilsin. X3 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunsun. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar