Məhkəmə qərarları › İş №3(012)-2326/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2326/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2326/2025 03.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənova Türkan Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxxx 1991-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 13 yataqxanada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş 23 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(007)-4628/2017 nömrəli məhkəmə əmrinə əsasən cavabdeh Şəxs iddiaçı Bank of Baku ASC-nin xeyrinə 412,08 manat əsas borc, 91, 03 manat faiz borcu olmaqla cəmi 503,11 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qərara alınmışdır. Müvafiq icra vərəqəsi 28 avqust 2017-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və həmin icra vərəqəsi ilə bağlı icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Bundan sonra Bakı şəhəri Nizami rayon məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(007)-22771/2019 nömrəli məhkəmə əmrinə əsasən cavabdeh Şəxs iddiaçı X1 xeyrinə 315 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Müvafiq icra vərəqəsi 06 dekabr 2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və həmin icra vərəqəsi ilə bağlı icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Bundan sonra icra tədbirləri nəticəsində borclu Şəxs barəsində protokol tərtib edilmiş və məhkəmənin qəbul etdiyi 12 yanvar 2022-ci il tarixli, 3(012)-149/2022 saylı qərarına əsasən 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra tədbirləri nəticəsində borclu Şəxs barəsində protokol tərtib edilmiş və məhkəmənin qəbul etdiyi 29 noyabr 2022-ci il tarixli, 3(012)-1877/2022 saylı qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Bakı şəhəri Nizami rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(007)-2698/2021 nömrəli məhkəmə əmrinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə 2335 manat borc və ödənilmiş dövlət rüsumunun 21 manatı tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Müvafiq icra vərəqəsi 22 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və həmin icra vərəqəsi ilə bağlı icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Bundan sonra icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 16 dekabr 2021-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmiş və görülən icra tədbirləri nəticəsində sonuncu tutularaq icra şöbəsinə gətirilərək, barəsində protokol tərtib edilmişdir. Abşeron rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 3(012)-149/2022 saylı qərarına əsasən Tural Namazov 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra məhkəmənin 8(012)-346/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarı ilə borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi müəyyən edilmişdir. Bundan sonra icra tədbirləri nəticəsində borclu Şəxs barəsində protokol tərtib edilmiş və məhkəmənin qəbul etdiyi 29 noyabr 2022-ci il tarixli, 3(012)-1877/2022 saylı qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 06 dekabr 2023-cü il tarixdə axtarış haqqında qərar qəbul edilmiş və görülən icra tədbirləri nəticəsində sonuncu tutularaq icra şöbəsinə gətirilərək, barəsində protokol tərtib edilmiş və məhkəmənin qəbul etdiyi 26 sentyabr 2024-cü il tarixli, 3(012)-1954/2025 saylı qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Şəxs bundan sonra yenidən şöbəyə dəvət olunaraq icra sənədinin icrası barədə xəbərdar edilsə də sonuncu icra şöbəsin\ gəlməkdən yayındığından bu səbəbdən barəsində 15 aprel 2025-ci il tarixli qərarla axtarış elan edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs 5280 manat məbləğində ödənilməmiş borcu vardır. Məhkəmə tərəfindən protokolun ödənilməsi üçün verilmiş vaxt ərzində borclu tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir və ona verilmiş vaxt ərzində icra sənədi üzrə yaranmış borcunu tam olaraq ödəmişdir. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Bakı şəhəri Nizami rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(007)-2698/2021 nömrəli məhkəmə əmrinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə 2335 manat borc və ödənilmiş dövlət rüsumunun 21 manatı tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmişdir;

2. Bakı şəhəri Nizami rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(007)-2698/2021 nömrəli məhkəmə əmrinə əsasən 22 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və həmin icra vərəqəsi ilə bağlı icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir;

3. Bakı şəhəri Nizami rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(007)-2698/2021 nömrəli məhkəmə əmrinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə 2335 manat borc və ödənilmiş dövlət rüsumunun 21 manatı tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmişdir;

4. Bakı şəhəri Nizami rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(007)-2698/2021 nömrəli məhkəmə əmrinə əsasən 22 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və həmin icra vərəqəsi ilə bağlı icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir;

5. Bakı şəhəri Nizami rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(007)-2698/2021 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 16 dekabr 2021-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmiş və görülən icra tədbirləri nəticəsində sonuncu tutularaq icra şöbəsinə gətirilərək, barəsində protokol tərtib edilmişdir.

6. Bakı şəhəri Nizami rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(007)-2698/2021 nömrəli məhkəmə əmrinə əsasən Abşeron rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 3(012)-149/2022 saylı qərarına əsasən Tural Namazov 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir;

7. Abşeron rayon Məhkəməsinin 8(012)-346/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarı ilə borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi müəyyən edilmişdir;

8. Abşeron rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 3(012)-1877/2022 saylı qərarına əsasən Şəxs barəsində 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

9. Abşeron rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 3(012)-1954/2025 saylı qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, Şəxs tərəfindən yaranmış borcun tam ödənilməsi sübuta yetirildiyindən, onun əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edilmişdir. Buna görə barəsində mövcud olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar