Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2327/2023 07.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin İİİ Tağımın inspektoru, polis baş serjantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçi Abşeron rayon vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1996-cı il tarixdə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qobustan rayonunun Nabur ərazi dairəsi, Bəklə kəndində qeydiyyatda olan və Qobustan rayonu, Cəngi kəndində yaşayan (***-***-**-**) Şəxs barəsində şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü ildə, saat 14:06 radələrində idarə etdiyi “OPEL MERİVA-A” minik markalı **-FE-*** dövlət qeydiyyatlı avtomaşınla Salamzadə küçəsi ilə üzü Z.Bünyadov prospektinə tərəf hərəkət edərkən işıqforun qadağanedici işarəsində dayanmayaraq «Nissan Sanni» markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və hadisə yerini tərk etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin İİİ Tağımın inspektoru, polis baş serjantı X7 tərəfindən 15 noyabr 2023-cü il tarixli İXP ******* saylı protokol AR DİN-nin Baş İstintaq və Təhqiqiat İdarəsinin Yol Nəqliyyat Hadisəsinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin HK-1232 nömrəli, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin İİİ Tağımın inspektoru, polis baş serjantı X7 izahatında bildirmişdir ki, xx.xx.2023-cü ildə, saat 23 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayon ərazisindən keçən 24-ci kilometrliyində xx.xx.1996-cı il təvəllüdlü Şəxs sürücülük hüququ olmada idarə etdiyi “OPEL MERİVA-A” minik markalı **-FE-*** dövlət qeydiyyatlı avtomobillə saatda təxminən 10 km surətlə Şamaxı istiqamətində yolun sağ kənarından sola yolun sol əksinə doğru hərəkət edən zaman ön sol tərəfi ilə baş yolda sağ zolaqda 60 km surətlə hərəkətdə olan xx.xx.1990-cı il təvəllüdlü X2 idarə etdiyi KİA RİO minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi toqquşmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində 15 noyabr 2023-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü ildə, saat 23 radələrində sürücülük hüququ olmadan “OPEL MERİVA-A” minik markalı **-FE-*** dövlət qeydiyyatlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayon ərazisindən keçən 24-ci kilometrliyində Şamaxı istiqamətində yolun sağ kənarından hərəkət edən zaman qəfildən avtomobilin qarşısına çıxdığını gördükdə əyləcdən istifadə etməyə çalışsa da onun avtomobili ilə həmin avtomobilin sağ tərəfi toqquşmuş, nəticədə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Toqquşma zamanı xəsarət almamışdır. Əməlindən peşmandır, himayəsində 4 yaşında azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Elşad Məmmədov hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, cərimə növündə inzibati tənbeh tətbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd ediməsi haqqında qərardan görünür ki, Şəxs 15 oktyabr 2023-cü ildə saat 23 radələrində Bakı-Şamaxı- Yevlax yolunun Abşeron rayon ərazisindən keçən 24-ci kilometrliyində xx.xx.1996-cı il təvəllüdlü Şəxs sürücülük hüququ olmada idarə etdiyi “OPEL MERİVA-A” minik markalı **- FE-*** dövlət qeydiyyatlı avtomobillə saatda təxminən 10 km surətlə Şamaxı istiqamətində yolun sağ kənarından sola yolun sol əksinə doğru hərəkət edən zaman ön sol tərəfi ilə baş yolda sağ zolaqda 60 km surətlə hərəkətdə olan xx.xx.1990-cı il təvəllüdlü X2 idarə etdiyi KİA RİO minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi toqquşmuşdur. Hadisənin yuxarıda göstərilən şəraitdə baş verməsi hadisə yerinə və avtomobillərə baxış protokolu, tərtib edilmiş sxem, fotoşəkilləri, sürücülərin və sərnişinləri izahatları, həmçinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Araşdırma zamanı X5 məhkəmə-tibb ekspertizası müayinəsindən keçirilmiş, ekspertin xx.xx.2023-cü il tarixli, 2285 nömrəli rəyi ilə müəyyən olmuşdur ki, X2 bədəni üzərində olan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Araşdırma zamanı X6 məhkəmə-tibb ekspertizası müayinəsindən keçirilmiş, ekspertin xx.xx.2023-cü il tarixli, 2271 nömrəli rəyi ilə müəyyən olmuşdur ki, X2 gecə üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3321 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “OPEL Meriva” minik markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı madcəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. BDYPl-nin Qİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16/2-147447/2023 nömrəli məktubla müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2022-ci il tarixdə BB 226815 nömrəli BC katiqoriyalı sürücülük vəsiqəsi verilib, lakin Qobustan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdə isə xx.xx.2024-cü il tarixədək müddətinə məhdudlaşdırılıb. Beləliklə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kənar şəxslərin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olmadığından sürücü Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkibi yoxdur. Odur ki material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Lakin Şəxs sürücülük hüququ olmadan «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tədəblərini pozaraq toqquşmaya səbəb olaraq KİA RİO minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurduğundan barəsində AR İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh görülməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/3321 saylı ekspert rəyindən görünür ki, OPEL Meriva” minik markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X11 xx.xx.2023-cü il tarixli, 2285 saylı ekspert rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər sağ və sol diz nahiyəsinin sıyrıqları –küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə salonunda olduğu minik avtomaşın digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Şəxs xx.xx.2022-ci il tarixdə BB 226815 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2023-cü il tarixdə Qobustan rayon Məhkəməsinin qərarı ilə xx.xx.2023-cü il tarixdədək, xx.xx.2023-cü il tarixdə isə xx.xx.2024-cü il tarixədək məhdudlaşdırılmışdır. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs qeyd olunan inzibati xətanı törədən zaman sərxoşluq faktları aşkar olunmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi nəticəsində inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, himayəsində azyaşlı körpəsinin olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil Bürosunun vəkili X3 cəmi 18 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Qobustan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil Bürosunun vəkili X3 cəmi 18 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2327/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2327/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver