Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2329/2020 03.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X3, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 06, RPİ-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-9418/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment xx.xx.2019-cu il tarixdən başlayaraq, Şəxs tutulub, tələbkar X2 verilməlidir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 verdiyi izahatında göstərmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-9418/2019 saylı icra vərəqəsi xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində qətnaməni icra etmək mümkün olmamışdır. Borclu Şəxs aliment borcunu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan bu günədək tələbkara olan aliment borcundan heç bir ödəmiş etməmişdir. Hazırda Şəxs tələbkara 1920 manat aliment borcu vardır. Tələbkar müxtəlif orqanlara şikayət edərək, borcun ödənilməsini təkidlə tələb etsə də borclu aliment borcunu ödəməkdən imtina edir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Çаьырыша эялмякдян бойун гачырdığına görə Abşeron rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən borclu barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, uzun müddət xəstə olmuşdur. Hazırda heç bir yerdə işləmir. Tələbkara olan 1920 manat aliment borcunu ödəməyə maddi imkanı yoxdur. Tələbkara olan aliment borcunu hissəhissə ödəyə bilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs bir uşağın saxlanılması üçün qət edilmiş hər uşağa görə 160 manat sabit aliment pulundan indiyədək heç bir ödəniş etməmişdir. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə pulunu istəməsinə baxmayaraq, borclu onun tələbinə məhəl qoymamış, aliment borcunu ödəməmişdir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-9418/2019 saylı icra vərəqəsinə əsasən 1920 manat borcun olmasını nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31 və 32-ci maddələrinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halları, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2329/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2329/2020
03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver