Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2329/2025 23.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənova Türkan Bəxtiyar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İV Tağım Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxx 1973-cü il tarixdə X1 Şərur rayonu, Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, X1 Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 sentyabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İV X5 Xidmətinin inspektoru, polis baş serjantı Mehdi Hüseynzadə tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 23 sentyabr 2025-ci il tarixdə tərəfindən 712 saylı YPX postunda yoxlama nəzarəti aparılan zaman Şəxs şübhəli hərəkətləri ilə diqqətini çəkmiş, postda saxlanılaraq sorğu-sual edilmiş və bədənində yaranmış ağrılardan dolayı 4-5 gün əvvəl narkotik vasitə istifadə etməsini etiraf etmişdir. Bundan sonra narkoloji mərkəzdən rəy alındıqdan sonra barəsində protokol tərtib edilməklə məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, uzun müddət narkotik vasitə qəbul etməsə də, lakin son dövrlərdə bədənində yaranmış ağrılardan xilas olmaq üçün hadisədən 04 gün əvvəl narkotik vasitə əldə edərək, istifadə etmişdir. O, törətdiyi əməli bir daha təkrarlamayacağını, hazırda ailədə yeganə qazanc gətirən şəxs olmasını və himayəsində xəstə övladının olmasını bildirərək, barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “İnzibati xəta haqqında” 23 sentyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, 23 sentyabr 2025-ci il tarixdə 712 saylı YPX postunda tərəfindən yoxlama nəzarəti aparılan zaman Şəxs narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə etməsi müəyyən edilmişdir;
2. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 23 sentyabr 2025-ci il tarixli, 6160 №-li akdan görünür ki, Şəxs barəsində aparılmış müayinə zamanı narkotik vasitədən istifadə etməsi faktı aşkar olunmuşdur.
Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333-1.2. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Şəxs əməlindən peşman olmasını və əvvəllər hər hansı inzibati məsuliyyətə cəlb edilməməsini məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta törədən şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi isə əməlindən peşman olmasını və əvvəllər hər hansı inzibati məsuliyyətə cəlb edilməməsini, həmçinin məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququ müəyyən müddətə məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 800 (səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın cərimə növündə tənbeh tədbirinə dair icrası X1 Şərur rayonu, İcra və Probasiya Şöbəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vaitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Abusət Qasımov