Məhkəmə qərarları › İş №3(012)-2330/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2330/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2330/2023 07.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, X1 Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayətinə hazırlıq mərhələsində baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsinə dair X1 ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən Şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. İş materiallarında əlavə edilmiş qərardan görünür ki, xx.xx.2021-ci il tarixli, BNA ******* saylı protokol əsasında qəbul edilmiş qərar üzrə inzibati xəta Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarından görünür ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X1 barəsində şikayət verdiyi xx.xx.2021-ci il tarixli qərar üzrə inzibati xəta Bakı şəhəri, Nərimanov rayonunda baş verdiyindən Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair Abşeron Rayon Məhkəməsinə verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3 və 129.1.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar