Məhkəmə qərarları › İş №3(012)-2331/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2331/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2331/2023 07.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi Anar Axundovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən,Şamaxı rayonu Abaxıl kəndində qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri S.Bəhlulzadə küçəsi 120-nin yolu fərdi evdə yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİnin İTŞ-nin sahə rəisi Anar Axundov tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2023cü il tarixli inzibati xəta haqqında protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi Anar Axundov bildirdi ki, xx.xx.2023-cü il tarixdə 03:00 radələrində Salehov X6 rayonu, Gənclər şəhərciyi, ev 31, mənzil 12-nin qapısını içkili vəziyyətdə döymüşdür. Şəxs özünü aqressiv aparmış, səs-küy salmışdır. Bundan sonra, PPX-nin əməkdaşları ünvana gəlib, Yasini nizam -intizama dəvət etmişlər, lakin içkili olduğundan polis əməkdaşlarının qənuni tələbinə məhəl qoymamış, PPX əməkdaşları Şəxs RPİ-nə təmin etmişlər. O, PPX əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdiyinə görə barəsində raport əsasında onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə içki qəbul etdikdən sonra evə qayıtdıqda arvadı Ceyhunənin və uşaqlarının evdə olmadığını görmüş və qaynanası Sürayənin yaşadığı evə getdiyini düşünüb, Abşeron rayonu, Gənclər şəhərciyinə getmişdir. Orada qaynanası- X1 mənzilinin qapısını döyərək açmadığını görüb məcburən açmasını tələb etmişdir. İçəridən qaynanası polisi yığdığını eşitmişdir. Bu zaman səs-küyə polis əməkdaşları yaxınlaşmış və nizam-intizama dəvət etsələr də o, içkili olduğu üçün onlara qulaq asmamış, arvad -uşaqlarını tələb edirdi. Bu zaman qaynanası Surayə qapını açdı və danışdıqdan sonra polis əməkdaşları onu aşağı düşürüb avtopatrula əyləşdirərək polis idarəsinə dəvət etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə evdə olduğum zaman qızı X3 öz azyaşlı körpələri ilə birlikdə onlara evə gələrək boşanma ərəfəsində olan həyat yoldaşı Şəxs onları bezdirdiyi üçün əlindən çıxıb qaçdıqlarını yanına gəldiklərini bildirdilər. xx.xx.2023-cü il tarixdə gecə saatlarında kürəkəni Şəxs onun yaşadığı ünvanın qapısına içkili vəziyyətdə gələrək qapını döymüş, onu və qızını qapının arxasından ölümlə hədələmiş, nalayiq ifadələrlə söyüb qapını bərkdən döymüşdür. Bundan sonra, o, polisə zəng vuraraq gəlib Yasini aparmalarını istədiyi zaman PPX əməkdaşları onlara gələrək Yasini nizam -intizama gətirmək istəsələr də, Yasin onlara məhəl qoymayaraq öz hərəkətlərinə davam edir, sözlə onları öldürəcəyi ilə hədləyir, polisə belə məhəl qoymayıb hərəkətlərini davam etdiridi .Nəhayət, onu polis maşınına əyləşdirib Abşeron polis idarəsinə apardılar. Bundan sonra ərizə ilə polis idarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin izahatı, özünün izahatı, şahid məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməllə bağlı özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs oğluna inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 07 dekabr 2023-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar