Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2336/2023 07.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Abıyev Elnur Elman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili X7, inzibati tənbeh vermə barədə protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Məmmədyarov küçəsi, ev 14-də yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirdi ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-884/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqinə əsasən Şəxs tələbkar Zərərçəkmiş şəxs 126500 manat məbləğində borcu vardır. Ona görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, maddi vəziyyəti borcunu ödəməyə imkan vermir, vaxt verilərsə borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X5 vəkili X1 Elnurə Misir qızına yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs borcunun ödənilməsi, əks halda ciddi tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-884/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqinə əsasən Şəxs tələbkar Zərərçəkmiş şəxs 126500 manat məbləğində borcu vardır. Qeyd olunan icra sənədləri xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixlərə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəmələrə bu barədə məlumat verilmişdir. Cavabdehə qətnamələrin icrası ilə bağlı dəfələrlə şifahi söhbətlər aparılmış həmçinin ona rəsmi xəbərdarlıqlar verilmişdir. İş materiallarında görünür ki, İcra sənədi üzrə borclü Şəxs 187000 manat məbləğində pul vəsaiti alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş və məlumat tərəflərə göndərilmişdir. İcraat zamanı Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığından axtarılması haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul olunaraq icra edilməsi üçün müvafiq polis orqanına göndərilmişdir. Qeyd olunan tələb üzrə Sabunçu Rayon Məhkəməsinin 2(008)-1828/2021 saylı, xx.xx.2021- ci il tarixli icra sənədi ilə Şəxs məxsus olan Sabunçu rayonu, Məmmədyarov küçəsi 14 saylı evin A tikilisində 3 otağın (y/s-50.1 kv.m, k/s-24.5 kv.m) və "xxxx" X6 küçəsi, ev 6, 45 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Sonrakı dövrdə Sabunçu rayonu, Məmmədyarov küçəsi 14 (yeni adı X16 14) saylı evin A tikilisi "xxxx" MMC tərəfindən 52.000 manata qiymətləndirilmiş, “X3 Mərkəzi” MMCyə verilmiş sifariş nəticəsində əmlak. 52.000 manata tələbkar Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə açıq hərrac vasitəsilə əldə edilmişdir. Həmçinin icraat zamanı borcdan 8500 manatın tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödətdirilməsi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-884/2022-004 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Sabunçu rayonu, Məmmədyarov küçəsi 14 (X16 14) saylı ünvanda yaşamır, həmin ev hazırda tələbkar Zərərçəkmiş şəxs məxsusdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 671 nömrəli arayışından görünür ki, Şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi 6 saylı evin 45 nömrəli mənzilində müqaviləyə əsasən yaşayır. Odur ki, icra sənədi icra hərəkətlərinin davam etdirilməsindən ötrü ərazi aidiyyəti üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilməlidir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmədə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X10 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X10 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-2336/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2336/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver