Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2338/2023 07.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi. Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X4, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Biləsuvar rayonunun, Yuxarı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Biləsuvar rayonunun, Yuxarı Cürəli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Anar Axundov izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında baş vermiş mübahisə zamanı qonşuluqda yaşayan Zərərçəkmiş şəxs sağlamlığına zərərvurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, onunla Zərərçəkmiş şəxs arasında olan dava-dalaş şəxsi münasibətlər zəmnində baş vermişdir. Belə ki, onun 2015-ci il təvəllüdlü oğlu ilə zərərçəkmiş şəxsin 13 yaşlı oğlu birlikdə oynayan zaman blokun 11-ci mərtəbəsinə çıxmış və sonuncunun anası bundan xəbər tutmuşdur. Həmin gün təxminən saat 20 radələrində Məhəmmədin anası onların yaşadığı mənzilə gələrək, oğluna irad bildirmiş və “tərbiyəsiz” sözü işlətmişdir. Həmin qadın onu və oğlunu təhqir etdiyi üçün onun saçından tutmaq istəyən zaman sonuncu onun üzərinə hücum edərək, əlləri ilə onun saçından tutub, özünə tərəf çəkərək, kürəyinə bir neçə dəfə yumruq zərbəsi endirmişdir. O, isə qarşılıqlı olaraq zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Əməlindən səmimi peşmandır. Bir də belə hallara yol verməyəcəyəkdir. Barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, onunla Şəxs qonşuluq münasibətləri vardır. Aralarında olan münaqişənin səbəbi uşaqların arasında yaranmış mübahisə olmuşdur. Belə ki, bu barədə Şəxs deyən zaman sonuncu qəflətən onun sinəsinə əl ataraq boynunda olan qızıl boyunbağını, qulağına əl atması nəticəsində isə sağ qulağında olan qızıl sırğasın dartmış, bundan əlavə taxta parçası ilə onun sol qoluna xəsarət yetirmişdir. O, isə qarşılıqlı olaraq Şəxs xəsarət yetirmişdir. Hazırda Xudu Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. X5 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs ilə zərərçəkmiş şəxs barışdığından, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 1926 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəarətlər –boyun nahiyəsinin sıyrığı və sol bazunun qançırı küt əşyanın təsirindən əmələ gəlmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir; Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır. sonuncuya qarşı şikayət və tələbi yoxdur; İşdə olan Abşeron RPİ-nin polis sahə rəisi, polis kapitanı X4 xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardadından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini nəzərə alaraq məhkəmə hesab edirəm ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. 39-cu maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yaratmasını qanunamüvafiq hesab etsə də, şəxslər arasındakı mübahisə ilə əlaqədar barışığın əldə olunmasını hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsi üçün qanuni və əsaslı hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata zərərçəkmiş şəxslə barışıq əsası ilə xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2338/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2338/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver