Məhkəmə qərarları › İş №3(012)-235/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-235/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-235/2023 02.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X6 iclas katibliyi, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7, Tələbkarın qanuni nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X8 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Ermənistan SSR, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, evli, əvvəllər məhkum olunmuş, Zəngilan rayonu, X15 kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında müvəqqəti yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 izahat verərək bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 40/2014 saylı 07 may 2014-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs dəymiş maddi ziyana görə 5137 manat və 50000 ABŞ dollarının (hökm icra olunan günə manata məzənnəsi nəzərə alınmaqla, manatla) və dəymiş mənəvi ziyana görə 20000 manat, ümumilikdə 25137 manat və 50000 ABŞ dollarının (hökm icra olunan günə manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq zərərçəkmiş şəxslər və mülki iddiaçılar X2, X4 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 ödənilməlidir. xx.xx.2018-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Şəxs əvvəllər cəzaçəkmə müəssəsində olan zaman borcundan 857 manat məbləğində ödənişlər etmiş, lakin azadlığa çıxdıqdan sonra 2018-ci ildən hazırkı vaxtadək ödənişlər etməmişdir. İcra vərəqəsinin icrası ilə bağlı borcluya dəfələrlə xəbərdarlıq edilmiş, Abşeron Rayon Məhkəməsinin 3(012)-888/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. Lakin yenə də borclu icra vərəqəsi üzrə borcundan ödəniş etməmişdir. Məhkəmənin qərarı borclu tərəfindən tam icra olunmadığına görə Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırdığını hesab edir. Məhkəmə icra məmurunu dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığına görə geri qaytarılmalıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-888/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmədə müəyyən olundu ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qərarından sonra eyni icra sənədi üzrə Azərbaycan Respublkası İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığına görə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar