Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2351/2020 09.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1971-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Narm MTK-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs 2019-cu ilin sentyabr ayında dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq məqsədlə, Zərərçəkmiş şəxs 135 manat dəyərində qızıl üzüyünü və 100 manat dəyərində seyf qapını Narım MTK-in binasında satacağı adı ilə almış, daha sonra Zərərçəkmiş şəxs məxsus krediti ödəyəcəyi adı ilə sonuncudan 250 manat pulu Abşeron rayonu, Xırdalan şəhəri, At heykəlinin qarşısında alaraq, ümumilikdə 485 manat pulu ələ keçirmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Narn MTK-ın 14 saylı binada yaşayan Zərərçəkmiş şəxs polis idarəsinə ərizə ilə müraciət edərək, Şəxs 2019-cu ilin sentyabr ayında onadan 135 manat dəyərində qızıl üzüyünü və 100 manat dəyərində seyf qapını Narım MTK-in binasında satacağı adı ilə alaraq, daha sonra ona məxsus krediti ödəyəcəyi adı ilə ondan 250 manat pulunu Abşeron rayonu, Xırdalan şəhəri, At heykəlinin qarşısında alaraq, ümumilikdə onun 485 manat pulunu ələ keçirməsi barədə şikayət etmişdir. Həmin şikayət əsasında Abşeron rayon polis idarəsində araşdırma aparılmış, qeyd olunan dələduzluğun Abşeron rayonu, Xırdalan şəhəri, Narm MTK-da yaşayan Şəxs törətməsi müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Narm MTK-da yaşayır. Zərərçəkmiş şəxs bir il olar ki, tanıyır. 2019-cu ilin sentyabr ayında Namidədən hissə-hissə 500 manat məbləğində borc pul almışdır. Bundan əlavə onun icazəsi ilə 135 manat dəyərində qızıl üzüyü və 100 manat dəyərində qapını satıb öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Narn MTK-ın 14 saylı binasında yaşayır. 2019-cu ilin sentyabr ayında Fariz ondan 500 manat pul borc almışdır. Satıb pulunu ona verilməsi üçün Farizə 01 ədəd 135 manat dəyərində qızıl üzüyü və 100 manat dəyərində seyf qapını vermiş, Fariz qeyd etdikləri əşyaları onun icazəsi ilə sataraq, pulunu ona verməmişdir. Daha sonra Abşeron rayon Pİ-nə bu barədə şikayət etmişdir. Ona dəymiş ziyan ödənildiyinə görə inzibati xəta törətmiş şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Şəxs şikayətçi olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs 2019-cu ilin sentyabr ayında dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq məqsədlə, Zərərçəkmiş şəxs 135 manat dəyərində qızıl üzüyünü və 100 manat dəyərində seyf qapını Narım MTK-in binasında satacağı adı ilə almış, daha sonra Zərərçəkmiş şəxs məxsus krediti ödəyəcəyi adı ilə sonuncudan 250 manat pulu Abşeron rayonu, Xırdalan şəhəri, At heykəlinin qarşısında alaraq, ümumilikdə 485 manat pulu ələ keçirmişdir. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, özünün, zərərçəkmiş şəxsin izahatları, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı və iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Eyni zamanda məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, 2019-cu ilin sentyabr ayında Şəxs dələduzluq hadisəsi törətmiş, Abşeron RPİ TŞ-nin təhqiqatçısı, polis kapitanı Məmməd Cəfərov tərəfindən xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, inzibati xəta haqqında protokol isə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və sözügedən protokol baxılması üçün xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmçinin Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi gündən üç aydan artıq vaxt, həmçinin inzibati xətanın törədildiyi gündən bir ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3, 40, 43, 53.0.6, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2351/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2351/2020
09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver