Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2352/2020 09.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, barəsində inzibati protokol tərtib olunmuş Şəxs və Abşeron rayon Pİ-nin sahə inspektoru X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 21, mənzil 18də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus ** UL *** dövlət qeydiyyat nişanlı RUNNA markalı avtomobilindən 22 manat dəyərində avtomobilin ön qeydiyyat nişanını gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan dairəsində 119 saylı avtobusda X4 əl çantasından 95 manat nağd pulunu gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarxidə ünvan 1 ünvanın qarşısında dayanmış X2 məxsus VAZ-2107 markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilindən 100 manat dəyərində 01 ədəd jilet və 02 ədəd adepteri gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarxidə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 04, dalan 08, ev 20-də yaşayan X5 məxsus evin 90 manat dəyərində qaz sayğacını gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarxidə Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, ev 56, mənzil 02-də yaşayan X6 məxsus MERCEDES markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilindən 20 manat məbləğində xırda pulları gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yaşadığı küçədə saxladığı DEYVO GENTRA markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilindən 200 manat dəyərində avtomobilin bəzi ehtiyyat hissələrini gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən marketin qarşısında dayanmış, X11 məxsus VAZ-2106 markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobildən 30 manat nəğd pulunu və 20 manat dəyərində yaddaş kartını gizli yolla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-nin sahə inspektoru X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs2 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə saat 02 radələrində ona məxsus ** UL *** dövlət qeydiyyat nişanlı RUNNA markalı avtomobilindən 22 manat dəyərində avtomobilin ön qeydiyyat nişanının oğurlanması, X12 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan dairəsində 119 saylı avtobusda ona məxsus əl çantasından 95 manat nağd pulunun oğurlaması, X7 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarxidə ünvan 1 ünvanın qarşısında saxladığı ona məxsus VAZ-2107 markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilindən 100 manat dəyərində 01 ədəd jileti və 02 ədəd adepteri oğurlaması, X8 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarxidə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 04, dalan 08, 20 saylı evin 90 manat dəyərində qaz sayğacının oğurlaması, X9 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarxidə Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, ev 56, 02 mənzilin qarşısında ona məxsus MERCEDES markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilindən 20 manat məbləğində xırda pulların oğurlanması, Zərərçəkmiş şəxs1 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə onun Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yaşadığı küçədə saxladığı DEYVO GENTRA markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilindən 200 manat dəyərində avtomobilin bəzi ehtiyyat hissələrinin oğurlanması, X14 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən marketin qarşısında dayanmış, ona məxsus VAZ-2106 markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobildən 30 manat nəğd pulunu və 20 manat dəyərində yaddaş kartının oğurlanması barədə şikayətlər etmişlər. Həmin şikayətlər əsasında Abşeron rayon polis idarəsinin TŞdə araşdırma aparılmış, qeyd olunan oğurluqların Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 21, mənzil 18-də qeydiyyatda olan Şəxs törətməsi müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin TŞ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında qərarlara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, qeyd olunan oğurluqları özü törətmişdir. Buna səbəb pula ehtiyacı olması olmuşdur. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli, 002106 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədilməsi barədə xx.xx.2020-ci il tarixli, ******* saylı protokol Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə nəzərdə tutulmuş natamam olması, işə baxılarkən tamamlamaq mümkün olmaması əsası ilə geri qaytarılmalı, digər epizodlar üzrə isə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.1-ci maddəsinə əsasən İnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin maddədə nəzərdə tutulan əsasları, o cümlədən də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi (maddə 106.0.3) və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması (maddə 106.0.5) məsələlərinə də baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında protokolda şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilməlidir. Göründüyü kimi, yuxarıda qeyd olunan epizod üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərkən, eyni zamanda xx.xx.2020-ci il tarixli, ******* saylı protokol tərtib edilərkən, inzibati xətanın törədildiyi vaxt göstərilməmişdir. Qeyd olunmalıdır ki, qanunvericilikdə vaxt dedikdə il, ay, gün, saat nəzərdə tutulur. Həmçinin zərərçəkmiş şəxs «Azəriqaz» İstehsalat Birliyinin olduğu halda zərərçəkmiş şəxs vətəndaş X8 tanınmışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Məhkəmədə Şəxs digər epizodlar üzrə inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarları və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı protokol və materiallar qaytarılsın. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Habil Əhmədov
Məhkəmə qərarları › İş №3(012)-2352/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2352/2020
09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver