Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2370/2023 18.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Bakı şəhər DYPİ Yol patrul xidməti tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5836708 saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunan həmin protokol geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində Bakı şəhər DYPİ Yol patrul xidməti tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5836708 saylı inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan 03 avqust 2023-cü il tarixli TP ******* saylı qərarın Şəxs göndərilməsi barədə işdə məlumatın olmamasıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda əks etdiriləsi məlumatlar və protokola aid tələblər sadalanmışdır. Lakin hazırkı inzibati xəta haqqında protokolda əks etdirilməsi vacib olan aşağıdakı məlumatlar göstərilməmiş və tələblərə əməl edilməmişdir. Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis kiçik serjantı X1 tərəfindən tərtib olunmuş 03 avqust 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın Şəxs yaşayış yerinə poçt vasitəsi ilə göndərilməsini təsdiq edən müvafiq sənədlərxəbərnaməni materiallara əlavə olunmamışdır., yəni qanunla müəyyən edilmiş müddəti gözləmədən tərtib edilmişdir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs barəsində Bakı şəhər DYPİ Yol patrul xidməti tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5836708 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək olar. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2370/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2370/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver