Məhkəmə qərarları › İş №3(012)-2379/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2379/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2379/2024 25.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, barəsində qərar tərtib edilmiş Şəxs Direktoru Nümayəndə, nümayəndəsi X4, maraqlı şəxs X6 iştirakı ilə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən verilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən verilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarı baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərara əsasən hüquqi şəxs "xxxx" MMC - hüquqi ünvanı: Abşeron rayonu Saray ŞTQ Bakı-Sumqayıt yolu ev 17-ci km (VÖEN: **********) - barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən kənar icraatlar idarəsinin prokuroru X5 qərarı müdafiə edərək bildirdi ki, hüquqi şəxs "EVRO İNŞAAT MMC"-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru Nümayəndə tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanmadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalanmadan X8 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hüquqşünas vəzifəsinə aid işlərinin görülməsinə cəlb etmiş, bununla da, "EVRO İNŞAAT” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəməyə təklif etdi. Məhkəmə iclasında Şəxs nümayəndəsi X7 bildirdi ki, X11 2023-cü ilin iyun ayından xx.xx.2024-cü il tarixədək Şəxs MMC-yə xidməti müqavilə əsasında hüquqi xidmət göstərmişdir. Belə ki, X11 Şəxs MMC-yə müraciət edərək xidməti müqavilə əsasında hüquqi xidmət göstərməyi təklif etmiş və hüquqi xidmət müqaviləsinin bağlanılmasını məhz özü təkid etmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən 2023-cü ilin may ayında aylıq xidmət haqqı 500 manat olmaqla xidməti müqavilə imzalanmış, xx.xx.2023cü il tarixli yeni hüquqi xidmət müqaviləsinə əsasən isə əvvəlki müqavilə qüvvədən düşmüş və xx.xx.2024-cü il tarixdən etibarən xidmət haqqı 1000 manat müəyyən edilmişdir. Müqaviləyə xitam verilməzdən əvvəl X11 müəssisənin məsul əməkdaşına bildirmişdir ki, onda müqavilənin əsli qalmayıb, ona müqavilələrin müəssisədə qalan əslini surət çıxarması üçün istəmiş, lakin sonradan götürdüyü müqavilələrin əslini müəssisəyə qaytarmamışdır. Müəssisədə xx.xx.2023-cü il tarixli hüquqi xidmət müqaviləsinin kserosurəti qalmışdır və həmin sənəd hazırki etiraza əlavə olunur. Xidməti müqavilə olduğu üçün X1 iş rejimi müəyyən edilməmiş, o, xidmətləri bəzi hallarda müəssisəyə gələrək, əksər hallarda isə müəssisədən kənarda icra etmiş, yəni tərəflər arasında hər hansı əmək münasibətləri mövcud olmamışdır. Xidmət göstərdiyi dövrdə ona ümumilikdə 14071 (on dörd min yetmiş bir) manat xidmət haqqı ödənilmişdir (kassa məxaric orderləri əlavə olunur). X2 xx.xx.2024-cü il tarixdə öz xətti ilə Şəxs MMC-nin direktoru Nümayəndə ünvanladığı məktubda tərəflər arasında olan xidməti müqavilə üzrə bütün xidmət haqqlarının ona tam ödənildiyini, şirkətin ona heç bir borcunun qalmadığını və şirkətə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. X11 ali təhsilli hüquqşünasdır, özü öz iradəsi ilə xidməti müqavilə bağlamış və öz xətti ilə yazdığı məktubda da bu xüsusatları təsdiq etmişdir. Məlumat üçün bildiri ki, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli, 01/Ş nömrəli əmri ilə təsdiq olunmuş ştat cədvəlində “hüquqşünas” ştatı ümumiyyətlə olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü bəndində mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən münasibətlər konkret göstərilmişdir. X11 ilə Şəxs MMC arasında olan münasibətlər həmin maddədə sadalananların heç birinə aid deyil. Hətta 2-3.4-cü bənddə göstərilir ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda bu əmək münasibətləri hesab olunur. Lakin Şəxs MMC-nin əsas fəaliyyəti hüquq sahəsinə aid xidmətlər deyil, tikinti materiallarının istehsalıdır. Beləliklə, X11 ilə Şəxs MMC arasında əmək münasibətləri deyil, mülki hüquqi münasibətlər mövcud olmuşdur. Göründüyü kimi Şəxs MMC tərəfindən inzibati xəta törədilməmişdir və bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. .Lakin hazırkı iş prokurorluqda araşdırılarkən üzürlü səbəblərdən sübutları tam olaraq prokurorluğa təqdim edə bilməmişlər.İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində qərar tərtib edilmiş Şəxs Direktoru Nümayəndə da nümayəndənin izahatına uyğun izahat verib, MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs X11 bildirdi ki, onunla şirkət arasında əmək müqaviləsi bağlanmış, sonradan öz istəyi ilə işdən çıxmış, xx.xx.2023-cü ildə onun əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra başqa bir yerdə işləmiş, 01 iyun 2023-cü il tarixdən 30 sentyabr 2024-cü il tarixədək yenidən Şəxsndə hüquqşünas kimi işləmiş, şirkətin fəaliyyəti ilə əlaqədar müxtəlif məhkəmələrdə çıxış etmişdir. Həmin dövrdə ona əmək haqqı tam ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin ünvanına bildiriş göndərilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən verilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar üzrə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. İşin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs "Evro İnşaat” MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru Nümayəndə tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanmadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalanmadan X8 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hüquqşünas vəzifəsinə aid işlərinin görülməsinə cəlb etmiş, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Hüquqi Xidmət Müqaviləsindən görünür ki, həmin müqavilə Şəxs ilə X11 arasında həmin tarixdə hüquqi xidmət göstərilməsi ilə bağlı bağlanmışdır. 4.1. bəndinə əsasən xidmətlərin göstərilməsinə görə hər ay ödənilməli olan məbləğ 1000 (bir min) manat müəyyən edilmişdir. 7.2. bəndinə əsasən Bu Müqavilə xx.xx.2024-cü il tarixdən hüquqi qüvvəyə minir və bu Müqavilənin qüvvəyə minməsi ilə Tərəflər arasında olan xx.xx.2023-cü il tarixli hüquqi xidmət müqaviləsinə xitam verilir. İş materiallarında olan X11 tərəfindən MMC-yə ünvanlanmış 12 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, Şəxs MMC ilə aralarında bağlanmış xidməti müqaviləsinə əsasən xidmət haqqı ona tam ödənişlər olmuşdur. Şəxs MMC-nin ona qarşı heç bir borcu qalmamışdır. Şəxs MMC-yə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan X9 məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə Şəxsndə hüquqşünas vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Şəxs direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ştat cədvəlinin təsdiq edilməsi barədə əmr və ona əlavə cədvəldən hüquqşünas ştatının olmadığı görünür. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, X11 Şəxsndə xx.xx.2021-ci il tarixdə hüquqşünas vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. Şəxs direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ştat cədvəlinin təsdiq edilməsi barədə əmr və ona əlavə cədvələ əsasən MMC-də hüquqşünas ştatı olmamış, MMC-yə hüquqi xidmətlə bağlı tərəflər arasında olan xx.xx.2023-cü il tarixli hüquqi xidmət müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixdə Şəxs ilə X11 arasında hüquqi xidmət göstərilməsi ilə bağlı yeni müqavilə bağlanmışdır. Həmin müqavilənin 4.1. bəndinə əsasən xidmətlərin göstərilməsinə görə hər ay ödənilməli olan məbləğ 1000 (bir min) manat müəyyən edilmişdir. 7.2. bəndinə əsasən Bu Müqavilə xx.xx.2024-cü il tarixdən hüquqi qüvvəyə minir və bu Müqavilənin qüvvəyə minməsi ilə Tərəflər arasında olan xx.xx.2023-cü il tarixli hüquqi xidmət müqaviləsinə xitam verilmişdir .Bu müqavilənin 7.3 bəndinə görə bu müqavilənin müddəti müqavilə bağlandığı vaxtdan öhdəliklər tam icra edildiyi vaxtadək müəyyən edilir və tərəflərin razılığı ilə xitam verilir. İş materiallarında olan X11 tərəfindən MMC-yə ünvanlanmış 12 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, Şəxs MMC ilə aralarında bağlanmış xidməti müqaviləsinə əsasən xidmət haqqı ona tam ödənişlər olmuşdur. Şəxs MMC-nin ona qarşı heç bir borcu qalmamışdır. Şəxs MMC-yə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-nin 192.1. maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir.

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. X10 Məhkəməsinin Plenumu qeyd edir ki, mülki-hüquqi müqavilələrdən fərqli olaraq, əmək müqavilələri üzrə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhdəliyi daşıyır. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülkihüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında bağlanan müqavilə göründüyü kimi xidməti müqavilə olub, Kamil Quliyev Şəxsnə mübahisələndirilən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə hüquqi xidmət göstərmişdir, tərəflər arasında bağlanan xidməti müqavilə xarakter etibarı ilə əmək müqaviləsi deyildir. Bunu hətta müqavilə tərəfi olan Kamil Quliyev özü də yuxarıda qeyd edilən ərizəsində təsdiq edir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən verilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024cü il tarixli qərarı üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib hissəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən verilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarı üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib hissəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar