Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2387/2020 18.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏRAR ABŞERON RAYON MƏHKƏMƏSİ Xırdalan şəhəri İş № 3(012)-2387/2020 xx.xx.2020 hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X1 katibliyi, Abşeron rayon Pİ-in DYP-in əməkdaşı X2, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Sabirabad rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orat təhsilli, Sabirabad rayonu, Yenikənd kəndində qeydiyyat olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 13:20-də, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İV bəndinin tələbini pozaraq, nəqliyyat vasitələrini idarə etmək huququ olmadan, idarə etdiyi «VAZ-21074» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad – Sovxoz yolunda hərəkətdə olarkən, əks hərəkət zolağına çıxaraq, qarşıdan gələn HUNDAİ ELANTRA markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, zərərçəkmiş şəxsə maddi zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4, 327.2-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Abşeron rayon Pİ-in DYP-in əməkdaşı X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 13:20-də, nəqliyyat vasitələrini idarə etmək huququ olmadan, idarə etdiyi «VAZ-21074» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad – Sovxoz yolunda hərəkətdə olarkən, əks hərəkət zolağına çıxaraq, qarşıdan gələn HUNDAİ ELANTRA markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, zərərçəkmiş şəxsə maddi zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 3324, 327.2-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 13:20-də, nəqliyyat vasitələrini idarə etmək huququ olmadan, idarə etdiyi «VAZ-21074» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad – Sovxoz yolunda hərəkətdə olarkən, əks hərəkət zolağına çıxaraq, qarşıdan gələn HUNDAİ ELANTRA markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Xəsarət alan olmasada avtomobillər əzilmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 3324, 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 332.4-cü madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il, saat 10:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon PŞ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2387/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2387/2020
18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver