Məhkəmə qərarları › İş №3(012)-2388/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2388/2020

18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2388/2020 18.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və ProbasiyaŞöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə xx.xx.1976-cı il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və ProbasiyaŞöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(004)-3114/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs tələbkar X4 3200 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və ProbasiyaŞöbəsinin icra məmuru X8 bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(004)-3114/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs tələbkar X4 3200 manat aliment borcunu ödəməmişdir.İcra vərəqəsi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Şəxs oğlu icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sonuncu ödənişi 2020-ci ilin sentyabrın 2-də 200 manat ödədiyini, lakin xəstə olunduğundan işləmədiyini, buna görə ödəniş edə bilmədiyini bildirərək hazırki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 etibarnamə üzrə nümayəndəsi X5 ifadəsində yaranmış aliment borcun inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs tərəfindən tam ödənilməsini tələb etdi. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(004)-3114/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-3541/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və cavabdeh Şəxs iddiaçı iddiaçı X2 xeyrinə xx.xx.2004-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat və xx.xx.2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat aliment tutulması və cavabdeh Şəxs tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra vərəqəsinə dair iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Şəxs xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək X2 bankda olan hesabına 1292.60 manat məbləğində vəsait köçürmüş və bunun 1286.22 manatını X7 çıxarmış, 6.38 manat isə hal-hazırda hesabında olduğu göstərilmişdir. Məcburi icra hərəkətləri ilə əlaqədar müvafiq orqanlara verilmiş sorğuların cavablarından görünür ki, Şəxs pensiya alan şəxs və vergi ödəyicisi kimi qeydiyyata alınmamış və onun adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından qətnaməni üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxsqətnamənin icrasından bilərəkdən yayınmır və o, borcu ödəməkdən qəsdən boyun qaçırmır. Şəxs oğlu xəstəliyi ilə əlaqədar aliment borcunu ödəyə bilməmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, hazırda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar