Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2388/2023 18.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızı X2 barəsində Azərbaycan Respublikası Abşeron rayon YPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: X2 barəsində Azərbaycan Respublikası Abşeron rayon YPİ-dən daxil olan İXM-nin 529.3-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, X1 rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Tərtib olunan protokolun məzmunundan göründüyü kimi X3 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta protokolu onun İXM-nin 529.3-cü maddəsi ilə, yəni onun hərəkətsizliyi ilə baş verən inzibati xətadır. O halda, inzibati xətanın baş vermə yeri barəsində inzibati xəta protokolu tərtib olunun şəxsin qeydiyyat yeri sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 barəsində Abşeron rayon YPİ-dən daxil olan İXM-nin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün ərazi aidiyyəti üzrə Cəlilabad rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : X2 barəsində Respublikası Abşeron rayon YPİ-dən daxil olan İXM-nin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Cəlilabad rayon Məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2388/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2388/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver