Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-239/2021 28.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis leytenantı X1, zərərçəkmiş şəxs X2, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində bacısı X3 məxsus Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsi 44 saylı evinin yataq otağının qapısını sındırmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis leytenantı X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsi 44 saylı evdə yaşayan X5 polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində, qardaşı Şəxs tərəfindən ona məxsus Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsi 44 saylı evinin yataq otağının qapısını sındırması barədə şikayət etmişdir. Həmin şikayət əsasında Abşeron rayon polis idarəsində araşdırma aparılmış, qeyd olunan xətanı Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olan Şəxs törətməsi müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin İŞnin sübutların qiymətləndirilməsi haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, X5 onun doğma bacısıdır. Aynur Məmmədova 5 ildir ki, Masazır qəsəbəsi, F.Kərimzadə küçəsi 44 saylı evdə tək yaşayır. Onun tək yaşamasına narazıdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə saat 20:30-da Aynur Məmmədovanın yaşadığı evinə getmişdir. Onu gözləyərək, saat 21 radələrində hərbi vəziyyət rejim tələblərini pozmamaq məqsədilə, bacısı Aynura Məmmədovaya məxsus fərdi yaşayış evinin həyətinə darvazadan daxil olmuş, evin qapısı bağlı olduğu üçün zirzəmidə gözləmişdir. Təxminən 1 saat sonra Aynur Məmmədova gəlib işığı yandıran kimi onu zirzəmidə görmüşdür. Ondan evdə danışmağı xahiş etsə də, lakin Aynur Məmmədova ucadan qışqırmağa başlamışdır. Həmin vaxt onun ağzından tutaraq, əlindən açarı alıb qapını açmış və birlikdə evə daxil olmuşdur. Evə daxil olandan sonra Aynur Məmmədova yataq otağına qaçmış və qapını arxadan bağlamışdır. Danışmaq üçün otağın qapısını sındırmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Zərərçəkmiş şəxs X5 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, barəsində şikayət etdiyi Şəxs onun doğma qardaşıdır. Şəxs ilə münasibətləri yaxşı deyildir. Təxminən 5 il olar ki, Masazır qəsəbəsi, F.Kərimzadə küçəsi 44 saylı evdə tək yaşayır. Asif isə onun tək yaşamasına razı olmadığına görə aralarında narazılıqlar vardır. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində işdən evə gəlmişdir. Yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olmuş, zirzəminin işığını yandıran zaman Asifin gizləndiyini görmüşdür. Asif anidən üzərinə sıçrayaraq ağız nahiyyəsindən sıxmış, saçından tutub başını bir dəfə divara çırpmışdır. Bundan sonra əlindən fərdi yaşayış evinin giriş qapısının açarını alıb, qapını açmış və onu zorla evə salmışdır. Evə daxil olan zaman hər iki qolundan sıxaraq fiziki ağrı yetirmişdir. Onun əlindən çıxıb qaçaraq yataq otağına daxil olmuş, qapını arxadan bağlamışdır. DİN-in 102 xidmətinə zəng vurmaq istəyərkən, Asif qapını sındırmışdır. Şəxs sındırdığı qapını 400 manata almışdır. Daha sonra Abşeron rayon Pİ-nə bu barədə şikayət etmişdir. Ona dəymiş ziyan ödənildiyinə görə inzibati xəta törətmiş şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs X5 tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İnzibati xəta haqqında işə baxılarkən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində bacısı X3 məxsus Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsi 44 saylı evinin yataq otağının qapısını sındırmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxs X5 inzibati xəta törətmiş Şəxs ilə barışdığına, ona dəymiş ziyanın ödənildiyinə və iş üzrə icraata xitam verilməsini xahiş etdiyinə görə məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 53, 109, 128-130cu maddələrini rəhbər tutaraq qərara aldı: Zərərçəkmiş şəxs X5 inzibati xətanı törətmiş şəxs Şəxs ilə barışdığına, ona qarşı şikayəti və tələbi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-239/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-239/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver