Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-239/2025 14.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət verən: X7 iştirakı ilə, Qərarından şikayət verilən orqanın nümayəndəsi: X11 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X8 tərəfindən inzibati təneh vermə haqqında 07 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X7 verdiyi şikayətə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X8 tərəfindən inzibati təneh vermə haqqında 07 yanvar 2025-ci il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X12 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X6 MN ******* saylı, 07 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsilə təqsiirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Əmək müfəttişliyi qərarında əsaslanıb ki, guya o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozaraq X4 əmək fəaliyyətinə cəlb etmişdir. Halbuki, Əmək Müfəttişliyində olanda bildirmişdir ki, Vüsalə Qəhrəmanova ilə aralarında heç bir iş birliyi olmamış, bu yalnız polis sahə müvəkkilinin onları aldadaraq yazdırdığı izahatlara əsasən bu qənaətə gəlinmişdir. Əslində bu işin faktiki halları ondan ibarətdir ki, o, X15 adlanan şəxsdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən icarəyə obyekt götürmüş və həmin obyektin işlək vəziyyətə gətirilməsi üçün təxminən 6000 manatdan yuxarı vəsait sərf etmişdir. 24 iyul 2024-cü il tarixdə obyek işlək vəziyyətə gətirilərkən Anar İsmayılov obyekti işlətməyə imkan verməyərək obyektin suyunu, işığını və internet əlaqəsini kəsmiş, beləliklə də aralarında məhkəmə mübahisələri başlamaqla, demək olar ki, hər gün o, 102 polis xidmətinə zəng edərək sonuncunun qanunsuz hərəkətlərinin qarşısının alınmasına dair xahişlər etmişdir. Bu dedikləri məhkəmə qərarları ilə təsdiq edilir. Növbəti belə bir şikayətlə əlaqədar polis sahə müvəkkili ona zəng edərək iş otağına çağırmış və bildirmişdir ki, obyektdə işığın yanmamasını, suyun gəlməməsini təsdiq edən şahid də gətirsin və həmin vaxt obyektə gələn Vüsalə Qəhrəmanova icarəyə obyekt axtarırdı və işığın suyun olmadığına şahid olmuşdur. Həmin vaxt ona zəng vuran sahə müvəkkilinin ona işığın və suyun kəsilməsi haqqında məlumat versə də şahid ilə birlikdə idarəyə yaxınlaşmağını istədi. O, da Vüsalədən xahiş edərək onunla polis sahə müvəkkilinin yanına getməyi xahiş etmişdir. Əlavə olaraq bildirir ki, Vüsalə Qəhramanovanın VÖEN-i var və sonuncu onun yanında işçi kimi deyil fərdi işləmək üçün obyekt axtarırdı. Nəhayət onlar sahə müvəkkilinin yanında olarkən polis əməkdaşı onlara ayrı-ayrılıqda izahat yazdırıb bildirmişdir ki, ona obyekti işlətməyə imkan verməyən Anar İsmayılov barəsində ciddi tədbir görməsi üçün belə izahat yazılmalıdır ki, yəni Anar İsmayılov onlara burda işləməyə imkan verməyərək işığı və digər kommunal xidmətlərdən onları məhrum edir. Bu səbəbdən də o və Vüsalə polis əməkdaşının dediyini yazıb vermişlər. Bildirir ki, sözü gedən obyekt əvvəlcə qaraj olduğu üçün pəncərəsi yoxdur və gündüz vaxtlarındada qaranlıq olur işıq olmadan burada işləmək mümkün deyil obyektin işığını isə icra məmurları və montyor bərpa edirdilər və o, bununda qarşılığında mantyora pul ödəməli olsa da buna onun maddi imkanı yoxdur. Onun dedikləri təqdim olunmuş disklə də sübut olunur. X14 icarəsində olan obyektlə bağlı qanunsuz hərəkətlərinə dair Sumqayıt Kommersiya Məhkəməsinin qərardadı qəbul edilib məhkəmə icraçılarına göndərilmiş, həmin qərarda göstərilənlər yerinə yetirilmədiyi üçün sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə 500 manat cərimə edilmiş və bununla bağlı artıq məhkəmə qətnaməsi də çıxmışdır. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X6 nümayəndəsi Elçin Əliyev izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X8 tərəfindən 07 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərar əsaslı olaraq qəbul edilmişdir. Belə ki, hazırki inzibati əməl tərəflərindən yox, Abşeron rayon Polis İdarəsində aparılan işlə əlaqədar materiallar əsasında başlanılmışdır. Belə ki, X7 icarəyə götürdüyü şəxslə arasında yaranan münaqişə nəticəsində sonuncu tərəfindən X4 əmək müqaviləsi olmadan əmək münasibətlərinə cəlb edilmişdir. Həmin fakt həm X5, həm də X12 tərəfindən verilmiş izahatlarında etiraf olunmuşdur. Ona görə də, X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənləri nəzərə alınaraq X12 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. İnzibati xəta haqqında 28 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X12 əmək müqaviləsi bağlamadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3 və 7-ci maddələrinin tələbləri pozaraq X4 əmək müqaviləsi qüvvəyə minmədən əmək münasibətlərinə cəlb etmişdir;
2. İnzibati tənbeh vermə haqqında 07 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X12 əmək müqaviləsi bağlamadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3 və 7-ci maddələrinin tələbləri pozaraq X4 əmək müqaviləsi qüvvəyə minmədən əmək münasibətlərinə cəlb etmiş, nəticədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat inzibati cərimə cəzası tətbiq edilmişdir;
3. X12 tərəfindən Abşeron rayon Polis İdarəsində verilmiş izahatdan görünür ki, o, X4 10 sentyabr 2024-cü il tarixdə işə götürmüş, sonuncu 2 ədəd sertifikat və sağlamlıq haqqında arayış təqdim etmiş, tərəfimdən 26 sentyabr 2024-cü il tarixdə işlə təmin etmişdir;
4. X5 tərəfindən Abşeron rayon Polis İdarəsində verilmiş izahatdan görünür ki, X12 onu 10 sentyabr 2024-cü il tarixdə “Diamond” Lazer Mərkəzində işə götürmüş, 26 sentyabr 2024-cü il tarixdə işə başlamışdır;
Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X12 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X8 tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün verilmiş şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 32 saylı ünvamda yerləşən icarəyə götürdüyü “Diamond” Lazer X1 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onu əmək fəaliyyətinin yerinə yetirilməsinə cəlb etmişdir. Bu fakt mötəbərliyi şübhə altına alınmayan, sübutlara işəgötürənin və işçinin ilkin ərizələri həmçinin sertifikat sürətləri ilə də təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, X12 tərəfindən verilmiş şikayətdə göstərilən xüsusatlar inzibati tənbehdən yayınmaq məqsədi daşıyır və təqsirsiz olmasına dair qeyd olunan hallar məhkəmədə toplanmış sübutlarla təkzib edilir. Belə ki, X3 faktiki olaraq əmək fəaliyyətinə cəlb edilməsi həm sonuncu, həm də Səidə Səfərova tərəfindən Abşeron rayon Polis İdarəsində verilmiş verilmiş izahatlarla öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə tərəfindən X3 şahid qismində çağırılıb dindirilməsi təklif edilmiş, Səidə Səfərova həmin şəxsin əlaqə nömrəsini və ya ünvanını təqdim etməmişdir. Belə olan halda, X7 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olması istisna edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X8 tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN № ******* saylı qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X12 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 17, 40, 43, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X8 tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X8 tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Abusət Qasımov