Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2390/2020 19.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon X3 PB-in sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Xutor qəsəbəsində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon X3 PBdən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:30-də sərxoş vəziyyətdə, DİN-in 102 xidmətinə zəng edərək, bıçaqlanması barədə məlumat verdiyinə görə Abşeron rayon Pİnə dəvət edilərkən, Pİ-nə getməkdən imtina etməklə ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron rayon Pİ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 211.1, 535.1-ci maddələri ilə məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon X3 PB-in sahə rəisi, polis mayoru X2 izahatında göstərmişdir ki, Abşeron rayon Pİ-in polis əməkdaşı Cavid Kərimov tərəfindən tərtib edilmiş raporta əsasən Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Xutor qəsəbəsində kirayədə yaşayan Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:30-də sərxoş vəziyyətdə, DİN-in 102 xidmətinə zəng edərək, bıçaqlanması barədə məlumat verdiyinə görə Abşeron rayon Pİ-nə dəvət olunduğu zaman narazılıq bildirərək, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə evdə olarkən spirtli içki qəbul etmişdir. Daha sonra tanışı Fəxriyyə zəng etmiş, ona olan borcunu istədikdə Fəxriyyə onu evlərinə gəlib pulunu götürməsini demişdir. Saat 20 radələrində Fəxriyyəgilə getmiş, evə çatdıqda tanımadığı şəxs onu qarşısına çıxaraq bur nə səbəbə gəldiyini soruşduqda, aralarında mübahisə düşmüşdür. Həmin vaxt saat 20 radələrində DİN-in 102 xidmətinə zəng edərək, bıçaqlanması barədə məlumat vermişdir. Bir müddət sonra həmin yerə polis əməkdaşları gəlmiş, polis əməkdaşları onu Pİ-nə dəvət etmişlər. Həmin vaxt polis idarəsinə getməkdən imtina edərək, polis əməkdaşları ilə mübahisə etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında AZA 002115 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:40-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli, 2/13618 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Şəxs oğlu xx.xx.2020-ci il tarixdə, saat 22:00-da müayinə olunarkən onda «Orta dərəcəli alkoqol sərxoşluğu» müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə olunsun. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2390/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2390/2020
19.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver