Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2390/2025 07.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Anar Axundov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə MN ******* saylı 26 sentyabr 2025-ci il tarixli protokol tərtib edilmiş və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan protokollardan görünür ki, Şəxs Abşeron rayonu, Xırdalan şəhəri ərazisində təcili tibbi yardım stansiyasının həyətində xüsusi təyinatlı nəqliyyat vasitəsinin şüşəsini sındıraraq ona 150 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və müvafiq olaraq barəsində inzibati protokol tərtib olunmuşdur. Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Məhkəməyədək icraat zamanı izahatı alınmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, 2018-ci ildə X1 ilə rəsmi olaraq ailə həyatı qurmuş və həmin nikahdan iki azyaşlı övladı dünyaya gəlmişdir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında həyat yoldaşı Nuranə və iki azyaşlı övladı ilə birlikdə Abşeron rayonu, Xırdaan şəhəri, Kristal bşeron yaşayış kompleksində yerləşən "Central" xəstəxanasında övladdları analiz verdikdən sonra tanışı Vüsalın idarə etdiyi"Toyota Prius" markalı, d.q.n-nı bilmədiyi avtomaşınla yaşadıqları evə gedən zaman Abşeron rayonu, Xırdalan şəhəri, Köhnə bazarın qarşısında köhnə şəriki olan Elçinə məxsus telefona zang vurmuşdur. O, telefona cavab vermədiyi üçün əsəbləşmiş vəo nun ünvanına nalayiq ifadə işlətmişdir.Bu zaman övladları onun səsindən qorxduğu üçün həyat yoldaşı ona əli ilə toxunaraq xahiş etmişdir ki, astadan danışsın. O da bundan sonra özündən asılı olmayaraq əsəbləşmiş və qabaq oturacaqdan geriyə dönərək arxasında oturan həyat yoldaşının baş nahiyyəsindən yumruqla bir dəfə zərbə endirmiş, avtomaşın hərəkətdə olmasına baxmayaraq onun əyləşdiyi ərəfin, yəni avtomaşının sağ qapısını açaraq Nuranəni avtomaşından itələyərək yerə yıxmışdır. Bundan sonra Vüsal dərhal avtomaşını saxlayaraq ətrafda olan şəxslərin köməyi ilə həyat yoldaşını avtomaşına əyləşdirmişdir.O, Vüsala onları X12 aparmasını bildirmiş, onlar birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən TTYS-nin həyətinə gəlmişlər. O, avtomaşından düşərək həkimləri köməyə çağırmış, lakin həkimlər ona heç bir reaksiya verməmişlər. O da bundan əsəbləşmiş və TTYS-nin həyətində dayanmış **-JX- *** d.q.n-lı təcili tibbi yardım avtomaşınının arxa şüşəsini əli ilə yumruq zərbəsi ilə vuraraq sındırmış və əsəbi olduğu üçün həkimlərə qarşı nalayiq ifadə işlətmişdir. Bundan sonra həkimlər həyat yoldaşını və onu Abşeron rayon Mərkəzi xəstəxanasına apararaq tibbi yardım göstərmiş və evə buraxmışlar. Bildirmişdir ki, o, heç bir həkimə qarşı fiziki güc tətbiq etməmiş və həkimləri vurmamışdır. Məhkəməyədək icraat zamanı izahatı alınmış X2 bildirmişdir ki, Abşeron TTTYS-nin bölmə müdiri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat təxminən 16:20 radələrində sonradan adın bildiyi Şəxs Ehtiram oğlu həyat yoldaşını təcili yardım bölməsinin həyətinə daxil olaraq ona yardım edilməsi üçün səs-küy salaraq, heç bir əsaslı səbəb gətirmədən TTYS-yə məxsus "Fiat Doblo" markalı 99-YX742 d.q.n-lı avtomaşının arxa şüşəsini sındıraraq 150 manat onlara maddi ziyan vurmuşdur. Həmin vaxt tibbbacısı X7 həyəcanlı olduğu üçün həkimləri döyməsi barədə məlumat versə də, qeyd etmişdir ki, həmin şəxs avtomobilin şüşəsini sındırsa da heç bir həkimə xəsarət yetirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəməyədək icraat zamanı izahatı alınmış X8 izahat verərək bildirmişdir ki, Abşeron TTYS-da tibb bacısı işləyir xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində işdə olan zaman sonradan adını bildiyi Şəxs Ehtiram oğlu TTTYS-yə müraciət edərək həyat yoldaşına yardım göstərilməsini tələb etmiş, sonra isə heç bir səbəb göstərmədən TTTYSyə məxsus avtomaşının arxa şüşəsini sındırmış və səs-küy salmağa başlamışdır. O, həmin şəxsin aqressiv olmasını görərək həyəcanlanmış və 102 xidmətinə zəng edərək həmin şəxsin avtomaşının şüşəsini sındırmasını və həkimləri döymək istəməsi barədə məlumat vermişdir. Qeyd etmişdir ki, həmin şəxs avtomaşının şüşəsini sındırsa da heç kimə xəsarət yetirməmişdir. Məhkəməyədək icraat zamanı izahatı alınmış X3 bildirmişdir ki, Şəxs Ehtiram oğlu ilə 2019-cu ildə ailə həyatı qurmuş, birgə nikahdan 2 övladı var. Qeyd etmişdir ki, Zaur 2-ci Qarabağ müharibəsi qazisidir və bununla bağlı əsəbləri verinda deyil. xx.xx.2025-ci il tarixdə günorta saatlarında azyaşlı övladlarını müayinə etdirmək üçün Kristal Abşeron yaşayış kompleksində yerləşən "Central Klinik”-ə getmişlər. Oradan çıxdıqda sonra onlar Zaurun tanışı Vüsal adlı şəxsin avtomobili ilə geri qayıdan zaman Zaur kiməsə zəng edirmiş. Həmin şəxs telefonu götürmədiyinə görə Zaur əsəbləşmiş və nalayiq ifadələr işlətməyə başlamış, o, Zaurdan asta danışmasını xahiş etdikdə yumruqla baş nahiyəsinə bir dəfə zərbə endirmiş, sonra isə hərəkətdə olan avtomobilin qapısını açaraq onu yerə itələmiş və o, yıxılaraq xəsarət almışdır. Bu zaman Vüsal avtomobili saxlamış və Zaurla birlikdə onu avtomobilə əyləşdirib Xırdalan X12 aparmışdır. Zaur avomobildən düşüb həkimləri köməyə çağırmış və əsəbləşdiyi üçün orada olan təcili yardım maşınının arxa şüşəsini yumruqla vuraraq sındırmışdır. Bundan sonra həkimlər çıxmış və onunla Zauru Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmışlar, orada onlara tibbi yardım göstərərək evə buraxmışlar. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs Ehtiram oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlidir. Lakin aşağıda göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki,inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixdə başvermişdir,“cinayət işinin başlanılmasının rədd olunması haqqında” qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 11 noyabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 53-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2390/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2390/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver