Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2393/2024 20.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin X1 polis sahə rəisi polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, 06 avqust 1975-ci il tarixdə Zərdab rayonu, Gəlmə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 3-cü dərəcə əlilliyi olan, Abşeron rayonu, Xırdalan şəhəri, 20 ,6-da yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, X5 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur Protokol tərtib etmiş şəxs X5 izahatında bildirmişdir ki, Abşeron RPİ-nin X1 polis sahə rəisi, polis mayoru vəzifəsində xidmət edir. Protokol ona görə tərtib edilmişdir ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində Sumqayıt Bakı yolunun Abşeron rayon ərazisinə aid olan hissəsində özünə məxsus Mercedes Banz markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman həmin avtomobilin ön dövlət qeydiyyat nişanını çıxararaq sərnişin avtobusları üçün nəzərdə tulumuş zolağa daxil olaraq həmin zolaq üzrə hərəkətini davam etdirmiş, həmin vaxt Baş X11i İdarəsinin Ekoloji X10 Patrul Xidməti əməkdaşları tərəfindən saxla işarəsi verilməsinə baxmayaraq hərəkətini davam etdirmiş, avtomobili postun yaxınlığında olan yanacaqdoldurma məntəqəsində saxlamışdır. Şəxsə polis əməkdaşları tərəfindən törətdiyi inzibati xətanın mahiyyəti izah olunmasına baxmayaraq Şəxs polis əməkdaşlarına qarşı kobud rəftar etmiş, tələb olunan sənədləri təqdim etməkdən imtina etmiş, həmçinin onların ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra şəxs Abşeron RPİ-yə təhvil verilmiş və onun tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə baxılıb hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə gətirilmişdir. Protokol tərtib etmiş şəxs qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xəta hadisəsi ilə bağlı bildirmişdir ki, İİİ qrup əlilliyi var. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində Bakı Sumqayıt yolunun Abşeron rayonuna aid olan hissəsində özünə məxsus Mercedes Banz markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman həmin avtomobilin ön dövlət qeydiyyat nişanını çıxararaq sərnişin avtobusları üçün nəzərdə tulumuş zolağa daxil olaraq hərəkətdə olan zaman Baş X11i İdarəsinin Ekoloji X10 Patrul Xidməti əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş, həmin şəxslərlə münasibəti olduğu üçün əməkdaşlar tərəfindən verilmiş saxla işarəsini başa düşməmiş və onlara səs siqnalı verərək yoluna davam edərək, stasionar postdan təxminən 200 metr uzaqlıqda yerləşən yanacaqdoldurma məntəqəsində yerləşən avtomobil təmir sexinə daxil olmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq saxla əmrinə nə üçün tabe olmadığını və avtomobili və üçün dövlət qeydiyyat nişanı olmadan idarə edərək sərnişin daşıyan avtobuslar üçün nəzərdə tutulan zolağa daxil olduğunu soruşduqda, polis əməkdaşlarına tıxacda avtomobil idarə edə bilmədiyini, bu səbəbdən avtomobilin dövlət qeydiyyat nişanını çıxararaq sərnişin daşıyan avtobuslar üçün nəzərdə tutulan zolağa daxil olduğunu, ön dövlət qeydiyyat nişanını isə cərimə yazılmaması üçün çıxardığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmiş, ondan sənədləri tələb olunsa da,sənədləri təqdim etməmiş, polis əməkdaşları onun şəxsiyyətini alçaldacaq ifadələr işlətdiyi üçün o da polis əməkdaşlarının ünvanına xoşagəlməz ifadələr işlədərək qarşılıq verdiyini bildirmişdir.Əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları onu patrul avtomobilinə əyləşdirən zaman onu qarın nahiyyəsinə yumruq zərbələri endirmiş, nəticədə ona bədən xəsarətləri yetirmişlər. Qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, X11 İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyü yol patrul xidməti inspektoru, polis baş serjantı olaraq xidmət edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində xidmətdə olduğu zaman Sumqayıt Bakı yolunun Abşeron rayon ərazisinə aid olan hissəsində özünə məxsus Mercedes Banz markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman həmin avtomobilin ön dövlət qeydiyyat nişanını çıxararaq sərnişin avtobusları üçün nəzərdə tulumuş zolağa daxil olaraq həmin zolaq üzrə hərəkətini davam etdirmiş, həmin sürücüyə saxla işarəsi verilməsinə baxmayaraq hərəkətini davam etdirmiş, sürücü daha sonra stasionar postdan təxminən 200 metr uzaqlıqda yerləşən yanacaqdoldurma məntəqəsindəki avtomobil təmir sexində olması müəyyən olunmuş, şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra avtomobilin sənədlərini tələb etmiş, lakin vətəndaş Şəxs sənədləri təqdim etməkdən imtina etmiş və polis əməkdaşlarına qarşı kobud rəftar edərək,hətta onlardan birini itələmişdir, onların ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt əraziyə Abşeron RPİ-nin PPXBnin polis nəfərləri əlavə kömək üçün çağrılmış və vətəndaşı Abşeron RPİ-yə apardıqlarını qeyd etmişdir. Barəsində icraat aparılan şəxsin müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkil X6 bildirmişdir ki, hüquqlarının müdafiə etdiyi şəxs Şəxs həmin inzibati xəta hadisəsində özünü təqsirli bilmir. Belə ki, şəxs əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün özündən asılı olmadan qeyri ixtiyari olaraq polis əməkdaşlarına qarşı aqresiv cavablar vermişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 20 noyabr saat 12:00-da tutulmuşdur. Təqdim olunmuş videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş və Şəxs əməlində İXM-in 535.1 və 510-cu maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Beləliklə məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə baxaraq belə qənaətə gəlir ki, sonuncunun törətdiyi inzibati xəta hadisələri məhkəmə araşdırması zamanı tam olaraq öz təsdiqini tapmışdır. Belə ki, barəsində icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Sumqayıt- Bakı yolunun Abşeron rayonuna aid olan hissəsində özünə məxsus Mercedes Benz markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Bakı Sumqayıt yolunun 10-cü kilometrliyində qurulmuş stasionar post olan Daxili İşlər Nazirliyinin X11 İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən verilən saxla əmrinə qəsdən tabe olmamışdır.Belə ki, şəxs özü məhkəmə iclasında verdiyi ifadəsində cərimə yazılmasının qarşısını almaq üçün avtomobilin ön dövlət qeydiyyat nişanını çıxardığını və sərnişin avtobusları üçün nəzərdə tutulan zolağa daxil olaraq hərəkət etdiyini, buna səbəb kimi isə, tıxac zamanı əsəblərini cilovlaya bilmədiyini göstərmişdir. İnzibati xəta hadisəsini tam olaraq sübuta yetirən bir digər hal isə məhkəməyə təqdim olunan video görüntülər olmuşdur. Həmin videogörüntülərdən də görüldüyü kimi barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə münasibətdə polis əməkdaşlarının saxla əmrinə tabe olmamış, daha sonra avtomobilini təmir etdirmək üçün apardığı sexdə polis əməkdaşlarının ondan avtomobilin sənədlərini tələb etməsinə baxmayaraq qərəzli şəkildə tabesizliyi davam etdirmişdir. Bu da öz özlüyündə İXM-nin 535-ci maddəsini tərkib əlamətlərini yaratmaqdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə münasibətdə şəxsin törətdiyi əməl də həm şahid ifadəsi həmdə videogörüntülərlə tam sübuta yetirilmişdir. Baxış keçirilən videogörüntülərdə barəsində inzibati qaydada icraat aparılan şəxsin polis əməkdaşları ünvanına işlətdiyi nalayiq ifadələr və həmin ifadələri ətrafda olan digər şəxslərin eşidə biləcəyi yüksək tonda deməsi həmin maddənində tərkibini yaratmaqdadır. “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32-ci maddəsinə əsasən məhkəmə Şəxs himayəsində azyaşlı uşağının olmasını və 3-cü dərəcə əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü madəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Beləliklə məhkəmə Şəxs ictimai yerdə, heç bir əsaslı səbəb olmadan, mübahisə yaradıb ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşına qarşı tabesizlik göstərməsini, həmçinin törədilmiş xətanın birbaşa cəmiyyətin mənafeyi ilə bağlı əməl olmasını nəzərə alaraq, sonuncu tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törədən şəxsə məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 20 noyabr 2024-cü il, saat 12:00-dan hesablansın. İnzibati xəta törədən şəxsə məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan,onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-2393/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2393/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver